Azərbaycanın futbol mütəxəssisləri Bakının «İnter» klubunun «Birlik kuboku» turnirinin yarımfinal oyunundakı bugünkü məğlubiyyətinə münasibət bildiriblər. Əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az-ın əməkdaşıyla söhbətində oyunu televiziya vasitəsilə izlədiyini söyləyib: «İnter» «Aktobe» ilə əsasən cinahlarla oynamalı idi. Məsələ burasındadır ki, komandamızın hücumçuları irəlidə top gözləyirdilər. İkincisi, kollektiv oyun alınmadı. Əsasən orta xətdə çatışmazlıq vardı. Mövqe səhvlərinin olduğunu da deməliyəm: həm sağ, həm solda. Məhz buna görə komandamız qol buraxdı. Soldan top cərimə meydançasına ötürüldü, sağda müdafiəçi mövqe səhvinə yol verdi ki, nəticədə rəqib fərqləndi. Birinci hissədə «Aktobe» gözəl oyun nümayiş etdirdi. İkinci hissədə «İnter» rəqibini «sıxdı» Ona görə ki, «Aktobe» daha çox müdafiə futboluna üstünlük verdi. Ancaq Qazaxıstan klubu əks-hücumlara keçirdi. Ola bilər ki, «İnter»də yorğunluq olub. Fikrimcə, oyunçu dəyişikliyi labüd idi. Bir sözlə, təzə qan lazımıydı. Düşünürdüm ki, «İnter» finala çıxıb qalib gələr, amma alınmadı. Heyif, çox heyif. Deyə bilmərəm ki, bu oyunu əsasən baş məşqçi Xodukin uduzdu. Arzu edirəm ki, nəhayət, «İnter»də yerli futbolçular daha çox oynasın, nəticədə bunun faydası milli komandaya dəysin».
Milli komandanın keçmiş baş məşqçisi Vaqif Sadıqov Azərbaycan çempionunun «Birlik kuboku»nda mübarizəni dayandırmasından təəssüfləndiyini deyib: «Aktobe» birinci, «İnter» ikinci hissədə üstün oyun göstərdi. Komandamızın da qol vurmaq imkanları oldu. Ancaq ümumilikdə götürdükdə, Qazaxıstan klubu daha yaxşı təsir bağışladı. Ümumiyyətlə, «Aktobe»ni turnirin favoriti hesab edirəm».
V.Sadıqov «İnter»in məğlubiyyətinə görə konkret kimisə günahlandırmaq istəməyib.
«İnter» «Aktobe»dən zəif oyun göstərdi. İndi deyəcəklər ki, 90 dəqiqə bir qapıya oynadıq uduzduq. Qol vurmaq üçün bunu bacarmaq lazımdır. Bunun üçün ustalıq önəm daşıyır. «İnter» zəif turnirdə də uğurlu çıxış etməyi bacarmadı». Bu sözləri isə Qol.Az-a AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov söyləyib: «Komandalarımız uduzanda əhval-ruhiyyəmiz korlanır. Azərbaycan futboluna xas olan xüsusiyyətləri itirmişik. «Neftçi», «Xəzər-Lənkəran» kombinasiyalı oyun göstərirdilər. Sovetlər vaxtında Qafqaz futbolu deyirdilər. Gürcüstan və Ermənistan öz ənənəsinə sadiq qalaraq oynayır. Amma biz bunu itirmişik və Avropa futbolu ilə ayaqlaşmaq istəsək də, bunu bacarmırıq. Kombinasiyalı, topu saxlamaqla oynamağa, cinahdan hücumlar etməyə öyrəşmişdik».
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi