"Partizani"nin baş direktoru Olsi Rama Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la Tirana keçirilən oyunundan sonra albaniyalı jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın "panoramasport" nəşrinə istinadən yaydığı xəbərə görə, komandasının çıxışından razı qalan klub rəsmisi 1 həftə sonra Bakıda olacaq cavab oyunu üçün nikbin danışıb.
- Rəqib haqda nə deyə bilərsiniz?
- "Qarabağ" kağız üzərində bizdən daha güclü komandadır. Qiymət baxımından da bizdən 3 dəfə bahalı heyəti var. Buna baxmayaraq, futbolçularımız meydanda xarakter və döyüşçü ruhu nümayiş etdirdilər. Bu cür oynadığımız üçün fəxr edirəm. "Qarabağ" keyfiyyətli komandadır. Oyunçularının uzun müddətdir bir yerdə oynaması onlar üçün üstünlükdür. Düşünürəm ki, 90 dəqiqə ərzində topa onlar nəzarət etsələr də, bizim qapıya zərbələrimiz daha çox oldu.
- Qol epizodlarında hansı hissləri keçirdiniz?
- Oyuna sakit baxmağa çalışıram. Qol epizodları ilə yanaşı, komandanın meydanda necə mübarizə aparması da önəmlidir. Futbolçularımızın əzmkarlığı, baş məşqçinin tapşırıqlarını yerinə yetirməsi və ikinci hissədə oyun keyfiyyətini yüksəltməsi xoşuma gəldi. Bir-birilərini yaxşı başa düşürdülər və meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Qol vursaydıq, daha yaxşı olardı. Ancaq hələ heç nə bitməyib. Qarşıda daha bir 90 dəqiqə var.
- Sizcə, "Partizani"nin sürpriz etmək üçün nə dərəcədə şansı var?
- Böyük sürprizlər böyük zəhmət tələb edir. Məncə, bu, baş məşqçinin ilk matç üçün qurduğu taktika idi. Ev oyunundan bizə lazım olanları götürdük. İşimizin məhsuldarlığını artırmaq üçün bir həftəmiz var. Qarşıda bizi daha bir oyun gözləyir. Ümid edirəm ki, bu dəfəki hazırlıq prosesində Braun, Solomon və digər yeni oyunçular komandaya daha yaxşı uyğunlaşacaqlar. Braun uzun yol gəlib. Solomon hələ ideal formasında deyil. Məncə, qarşıdakı 1 həftə bizə kömək edəcək. "Qarabağ"ı təəccübləndirmək üçün daha təhlükəli silahlarımız var.
- Sizcə, "Partizani" meydanda ötən mövsüm "Kukesi"nin "Qarabağ"la oyunda etdiklərindən fərqli nə göstərə bildi?
- Mən rəqiblərimizin oyunlarına baxmıram. Bizim öz yolumuz var. Necə olacaq, bu, bir az da taleyin işidir. Əslində bu, özü də çox vacib amildir.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı