"Sabah"ın yeni transferi Hendrik Ekşteyn Qol.az-a müsahibə verib. Azərbaycan klubuna keçidi ilə bağlı fikirlərini bölüşən Cənubi afrikalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- Əvvəlcə "Sabah"a keçidinizlə bağlı təəssüratlarınızı bilmək istərdim...
- Artıq bir neçə məşqdə iştirak etmişəm. Meydanda olduğum dəqiqələrdən zövq aldım. Oyunçular məni isti qarşıladılar. Onların sayəsində özümü evdəki kimi hiss edirəm. Buna görə komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Təkcə futbolçulardan yox, klub rəhbərliyi və texniki işçilərdən də xoş münasibət görürəm.
- Bu komandaya transferiniz necə gerçəkləşdi?
- Həm yerli komandalardan, həm də Azərbaycanda bəzi klublardan təkliflərim var idi. Ancaq "Sabah"ın mənim xidmətimdə daha çox maraqlı olduğunu gördüm və onları seçməyə qərar verdim. Bura gələndən sonra bir daha əmin oldum ki, "Sabah" böyük hədəfləri olan klubdur.
- Yəqin ki, təklifi qəbul etməmişdən əvvəl "Sabah" haqda müəyyən məlumatlar toplamışdınız?
- Hə, "yutub"da oyunlarını izləmişdim. Gördüm ki, yaxşı və peşəkar komandadır.
- İki il öncə həmyerliniz Dino Ndlovu burada, daha dəqiq desək, "Qarabağ"da çıxış edib. Ondan məsləhət aldınız?
- Əlbəttə, Dinodan Azərbaycan haqda soruşanda mənə ancaq yaxşı şeylər danışdı. Dedi ki, ölkə ilə bağlı heç bir problem yoxdur, əgər "Sabah" sənin hədəflərinə uyğun komandadırsa, getməlisən. O bildirdi ki, Azərbaycan yaxşı ölkədir və futbola sərmayə qoyulur.
- Ölkənizin mətbuatında sizin "Qarabağ"la da danışıq apardığınız yazılmışdı. Doğrudan da belə bir şey var idi?
- Xeyr, "Qarabağ"dan mənə heç bir təklif gəlməyib.
- "Sabah"dakı əsas hədəfləriniz nə olacaq?
- Yeni klubumla çoxlu uğur qazanmaq istəyirəm. Əsas məqsədim "Sabah"a ilk 3 yerdən birini tutmaqda kömək etmək, rəqiblərə meydan oxumaq və mümkün olarsa, kubok qazanmaqdır. Bacarsaq, böyük nailiyyət olacaq. Amma bütün bunları mən təkbaşına etməyəcəyəm. Biz bunu komanda şəklində bacaracağıq.
- Artıq bir neçə gündür komandanın düşərgəsindəsiniz, hər şeyi öz gözlərinizlə görmüsünüz. "Sabah" necə klubdur?
- "Sabah" yaxşı futbolçulardan qurulmuş klubdur. Oyunçular komandanın uğur qazanması üçün hər şeyi etməyə hazırdırlar. Açığı, burada olduğum üçün xoşbəxtəm.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı