"Səbail"in kapitanı Rahid Əmirquliyev Qol.az-a müsahibə verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri "Universitatya" klubunu dəyərləndirən təcrübəli yarımmüdafiəçi püşkdə bəxtlərinin gətirmədiyini bildirib.
- Avroliqanın 1-ci təsnifat mərhələsində Rumıniya təmsilçisi "Universitatya" ilə qarşılaşacaqsınız. Kapitan kimi püşkü necə dəyərləndirərdin?
- Bizə çox çətin rəqib düşdü. "Universitatya" yaxşı komandadır. Səbətdə olan rəqiblərin ən yaxşılarından biridir. Ona görə də qarşıda bizi ağır oyunlar gözləyir. Yaxşı hazırlaşmaq lazımdır. Çətin olacaq, amma ümidimiz də var. Yaxşı hazırlaşıb, mərhələni keçməyə çalışacağıq.
- Yəni deyirsən ki, bəxtiniz gətirmədi...
- Bəli. Çünki orada asan rəqiblər də var idi. Onlarla düşsəydik, daha yaxşı olardı. Həqiqətən bəxtimizə güclü rəqib düşdü. Yəqin, qismətimizdə onlar imiş.
- Əvvəlcədən sizə rəqib olmasını istədiyiniz hər hansı komanda var idi?
- Konkret olaraq, "filan rəqiblə oynayaq" deyə bir şey düşünmürdük. Ancaq yenə deyirəm, səbətdə zəif rəqiblər var idi. Onlarla düşsəydik, bir az rahat olardı.
- Rumıniya klubunun "Səbail"ə rəqib olduğunu biləndə ilk olaraq, nə düşündün?
- Ağlıma gələn ilk fikir o oldu ki, bəxtimiz gətirmədi. Çünki nisbətən zəif komanda ilə də düşə bilərdik.
- İlk oyun Bakıda olacaq. Səncə, bunu üstünlük saymaq olar?
- Mən elə düşünürəm ki, bu amil elə də rol oynamır. İlk matçın evdə və ya səfərdə olmasının fərqi yoxdur. Onsuz da həm orada, həm də burada oynamalıyıq. Amma ilk oyun evdə olduğu üçün yaxşı hazırlaşıb, sərfəli nəticə qazanmalıyıq.
- Necə düşünürsən, "Universitatya"nı keçmək üçün hazırkı heyətiniz kifayət edir, yoxsa komanda daha da güclənməlidir?
- Bizim yaxşı heyətimiz var. Yeni legionerlər də qoşulub. Yaxşı komanda yığılıb. Amma siz demişkən, bu heyət kifayət edəcək, ya yox, bunu zaman göstərəcək. Komandamıza güvənirəm.
- Ümumiyyətlə Avropa Liqasında əsas hədəfiniz nədir?
- Hər bir komandanın hədəfi var. Hamı mərhələ adlamağı, hətta qrupa düşməyi arzulayır. Əsas məqsədimiz bacardığımız qədər irəli getməkdir. Ən azı 2 mərhələ keçmək istəyirik. Qrupa düşsək, lap yaxşı olardı. Əlimizdən gələni edəcəyik.
Elnur SALAHOV
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
"Qarabağ" - "Neftçi" matçı ona tapşırıldı
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Aston Villa" "Fənərbaxça"ya 6 qolu belə vurdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?