Şeydayev azarkeşlərdən üzr istədi - Slovakiyaya məğlubiyyətə görə

Şeydayev azarkeşlərdən üzr istədi -  Slovakiyaya məğlubiyyətə görə
ÖLKƏ FUTBOLU 12 İyun 2019 / 23:13 3993
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə  görə azarkeşlərdən üzr istəyib.

Qol.az xəbər verir ki, bu barədə "Krılya Sovetov"un hücumçusu özünün "Feysbuk" səhifəsində yazıb: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

R.Şeydayev matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner