Milli komandamızın futbolçusu Mahir Emreli Avro 2020-nin seçmə mərhələsi çərçivəsində evdə Macarıstan yığmasına 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Çox istəyirdik ki, qalib gələk. Başa düşürəm, yaxşı nəticə olmayanda hamı üzülür. Amma inanın ki, biz də üzülürük. 15 gün öncə yığışırıq, təlim-məşq toplanışı keçiririk, hazırlaşırıq və sonda belə nəticə olanda insan özünü sanki etdiyi hər şey boşa getmiş kimi hiss edir. Amma ümidimiz hələ də var. Slovakiya millisi ilə matçda hər şeyi düzəldə bilərik. Əlimizdən gələndən də artığını etməliyik.
- Sanki bəzən komandada ruh hiss olunmurdu.
- Həm 1-ci, həm də 2-ci hissədə erkən qol buraxdıq. Biz də qol vurandan sonra həvəsə gəldik. İstədik 2-ci topu da vuraq. Qarşıya atıldıq, qapımızda yenə qol gördük. Düşünürəm ki, bu amil rol oynadı.
- Yəni, buraxdığınız qollar həvəsinizdən irəli gəlirdi.
- Ola bilər ki, həvəsimizdən irəli gəlsin. Evdə oynayırdıq, istəyirdik ki, pressinq edək. Belə olan halda haradasa boşluqlar verdik. Amma yenə də səhvlərimizdən nəticə çıxarmalıyıq, növbəti qarşılaşmalarda bunu təkararlamamlıyıq.
- Sizcə, Macarıstan millisindən xal almaq olardı?
- Əlbəttə, olardı. Biz hər iclasda bunu deyirdik. Baş məşqçimiz də deyirdi ki, bizim yaxşı şansımız var. Biz də sözün düzü buna inanırdıq. Bəxtimiz gətirmədi.
- Bu məğlubiyyət Slovakiya ilə matça necə təsir edəcək?
- Bu komandanın cəmi bir oyununa baxmışıq. Hələ tam analiz etməmişik. Yəqin ki, sabahdan etibarən başlayacağıq. Yenə də deyirəm, həvəsdən düşməməliyik. Əsl komanda ruhu burda bilinir. Ən azından nə olursa, olsun, çıxıb, öz oyunumuzu oynamalıyıq.
- 8 oyuna 8 məğlubiyyətdən qorxmursan?
- Qorxsaq, elə də olacaq. Qorxmamaq lazımdır. Gələn insanlara, oyuna baxan azarkeşlərə futbol həzzi yaşatmaq lazımdır. Çünki artıq futbol dəyişib. Azarkeşlər də görürlər ki, komanda çalışdı, amma nəticə olmadı. Düşünürəm ki, sadəcə, öz futbolumuzu oynamalıyıq.
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu