“Neftçi”nin U-16 komandasının baş məşqçisi vəzifəsindən ayrılan Mirbağır İsayev Qol.az-a müsahibə verib. Gedişinin səbəbini açıqlayan mütəxəssis digər məqamlara da toxunub.
- “Neftçi”dəki işinizdən niyə ayrıldınız?
- Klubla 1 illik müqaviləm var idi. Sadəcə, deyilən şərtlərlə razılaşmadım və getdim.
- Konkret olaraq, hansı şərtlər sizi razı salmadı?
- Mənə U-16-da qalmaq təklif olundu. Amma orada işləmək istəmədiyim üçün ayrıldım. Hərənin öz yanaşması var.
- Maraqlıdır, niyə U-16-da qalmaq istəmədiniz?
- Çünki ötən mövsüm U-16-da idim. Bu il həmin komanda ilə minimum U-17-də olmalıydım. Klubun təklifi xoşuma gəlmədi. Bundan sonra necə olacaq, bunu zaman göstərəcək. Hələ ki, heç bir təklifim yoxdur.
- “Neftçi”dəki 1 illik işinizi necə qiymətləndirərdiniz?
- Buna mən qiymət verə bilmərəm. Yaxşı olar ki, bu sualı klub rəhbərliyinə, idman dirtektoruna verəsiniz. Mən öz işimə nə qiymət verim? Yalnız onu deyə bilərəm ki, o komanda 9-cu yerdən 5-ci sıraya yüksəldi. Mükafatçılar sırasına düşmək üçün son ana qədər mübarizə apardıq. Əslində bu, o qədər də önəmli deyildi. Sadəcə, prinsip var idi, ona görə. Ötən mövsüm ən az qol buraxan komanda olduq. Sabit kollektiv formalaşmışdı. Qənaətbəxş olub-olmadığını klub rəhbərliyi deyə bilər.
- Məşqçilərlə görüşdə klub rəhbərliyi işinizlə bağlı nə dedi? Ümumiyyətlə, hesabatınız dinlənildi?
- Heç orada hesabat olmadı. Gözləyirdim ki, koordinator Mik Benet hər komandanın baş məşqçisini ayağa qaldırar, nəsə soruşar. Onun tərəfindən elə bir şey görmədim. Əvvəlki iclasların birində mənə demişdi ki, necə edirsən et, bilirik ki, bu, ən zəif komandalardan biridir. Hesabatda isə heç bir şey soruşmadılar. Mən də qərar verdim ki, gedim. “Neftçi”də heç kimlə problemim olmayıb. Məni ora idman direktoru Ceyhun Sultanov dəvət etmişdi. Onunla görüşürəm, görüşəcəm də. Yenə deyirəm, təklif sərf etmədi, qalmadım.
- Bir il akademiyada işlədiniz. İngilis müətəxəssis haqda fikirləriniz necədir?
- Mən onun necə mütəxəssis, koordinator olduğunu deyə bilmərəm. Bu sualları klub rəhbərliyinə verin. Məni aşan məsələlərdir. U-16 komandası ilə bağlı soruşun, cavab verim. İngilis necədir, necə işləyəcək, deyə bilmərəm. Gördüklərim özüm üçün kifayətdir. Kim necədir, bunu mənim analiz etməyimə ehtiyac yoxdur.
- Yəni, Benet “Neftçi”də uşaq futbolunun inkişafına töhvə verə bilərmi?
- Bunu zaman göstərəcək. Mən yalandan nəsə deyə bilmərəm.
- “Neftçi”nin aşağı yaş qruplarında ümumi mənzərə necədir?
- Ümumi danışa bilmərəm. Amma öz komandam haqda onu deyim ki, 8 ay “Dalğa Arena”da məskunlaşdıq. Nə cür danışıq olmuşdusa, ona uyğun şərait yaradılmışdı. Akademiyada ən çox əməkhaqqı mən alırdım. Orada mənim üçün “yox” sözü yox idi. Ayrılmağımın yeganə səbəbi təklifi qəbul etməməyim oldu. U-16-da qalmaq istəmədiyim üçün klubdan getdim.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı