"Zirə"nin prezidenti Natiq İsmayılov Qol.az-a müsahibə verib. Samir Abasovun komandadakı gələcəyinə aydınlıq gətirən N. İsmayılov digər məsələlərdən də danışıb.
- Artıq çempionat başa çatdı. “Zirə” mövsümü 5-ci sırada tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, bu mövsüm komandadan gözləntilərimiz daha artıq idi. Fikrimcə, həm çempionat, həm də kubokda daha yaxşı nəticə qazana bilərdik. Təəssüf ki, alınmadı. İndi səhvlərimizdən nəticə çıxarıb, növbəti mövsümə hazırlaşmalıyıq. Düzdür, nəticələrimiz yaxşı olmadı, amma komandanın oyunu gələcəkdə daha yaxşı nəticələr qazanacağımıza ümid verir.
- Bu mövsüm qarşıya qoyulan əsas hədəf ölkə kubokunu qazanıb, Avroliqaya vəsiqə qazanmaq idi. Ancaq komandanız yarımfinalda dayandı. Sizcə, finala çıxmağınıza nə mane oldu?
- Mövsümün əvvəlində komandanın qarşısına mütləq kuboku udmaq kimi bir hədəf qoyulmamışdı. Təbii ki, biz də avrokuboklara vəsiqə qazanmaq istəyirdik. Bunun kubok və ya çempionat vasitəsi ilə olması fərq etmirdi. Sadəcə, qış fasiləsində vəziyyət elə gətirmişdi ki, kubokda uğur qazanmağımız daha real görünürdü.
- Komandanın bu il avrokuboklardan kənarda qalması mövsümün sonunda nə kimi dəyişikliklərə səbəb ola bilər?
- Komandamızda elə bir qlobal dəyişiklik olmayacaq. Baş məşqçi müəyyən qədər öz komandasını formalaşdırıb. Bunun üzərində işləyəcəyik. Samir müəllimin istədiyi futbolçuları alıb, daha yaxşı kollektiv formalaşdırmağa çalışacağıq.
- Bir müddət öncə Samir Abasovun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq sözlərinizdən belə çıxır ki, baş məşqçi dəyişikliyi olmayacaq...
- Təbii ki, nəticələr yaxşı olmayanda müəyyən xəbərlərin çıxması normaldır. Ancaq Samir Abasov komandanın baş məşqçisi olaraq qaılr. Əvvəl də dediyim kimi, nəticələrimiz müsbət olmasa belə, komandanın oyunu gələcəyə ümidlə baxmağa imkan verir. Buna görə də baş məşqçi ilə yollarımızı davam etdirməyi qərara aldıq.
- Qışda alınan bəzi legionerlərin göndəriləcəyi deyilir...
- Yaxın günlərdə daha geniş müzakirəmiz olacaq və orada növbəti mövsümlə bağlı planlarımız danışılacaq.
- Növbəti mövsüm üçün büdcədə azalma gözlənilir?
- Dediyim kimi, klubun fəxri prezidenti Orxan müəllimlə daha geniş tərkibdə müzakirələr aparacağıq. Bu görüşdə növbəti mövsümün planları, büdcə və başqa məsələlər müzakirə olunacaq.
Elnur SALAHOV
Noyer sıradan çıxdı
Keyn Top-5-də liderdir
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu
"Zirə"nin qələbəsindən - Video
Bərbad!..
Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”