"Bakı" klubunun baş məşqçisi Vinfred Şefer komandanın Almaniyadakı təlim-məşq toplanışı, yeni oyunçularla bağlı fikirlərini bölüşüb.
- Cənab Şefer, öncə təlim-məşq toplanışının gedişi barədə fikirlərinizi bilmək istərdik.
- Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Futbolçular hazırlıq prosesində bütün güclərini sərf edirlər. Bu gün səhər məşqində fiziki hazırlıqları başa çatdırdıq. Axşamdan etibarən daha çox taktiki və texniki cəhətdən çalışacağıq.
Hazırlıq prosesinin qaydası belədir. İlk öncə fiziki, daha sonra taktiki çalışmalara üstünlük verilir. 20 günə yaxındır ki, komanda mənim rəhbərliyim altında çalışır. Futbolçuların məşq prosesində həvəslə işləməsi məni sevindirməyə bilməz. Hər bir oyunçu heyətdə yer almaq üçün özünü ən yaxşı tərəfdən göstərməyə çalışır.
Komandamızda çox gözəl ab-hava hökm sürür. Mən klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm ki, bizim üçün bu cür gözəl şərait yaradıb. Komandanın bu cür şəraitdə hazırlıq keçməsi çox yaxşı haldır.
- Futboçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlərmi?
- İlk növbədə onu deyim ki, mənim üçün hər bir oyunçum önəmlidir. Kim özünü ən yaxşı tərəfdən göstərə bilsə, mənim etimadımı qazansa, məşqlərdə tam gücü ilə çalışsa, həmin oyunçu start heyətində yer alacaq. Amma bu o demək deyil ki, bir oyunda forma geyən futbolçu hər görüşdə çıxış edəcək. Mənim üçün oyunçunun adı, kimliyi, yaşı heç bir önəm daşımır. İstər 37 yaşlı Mahmud Qurbanov olsun, istərsə də 23 yaşlı Əziz Quliyev. Əsas odur ki, həmin futbolçu formada olsun və yüksək xarakterə malik olsun.
Hər bir futbolçu heyətdə yer almaq üçün vuruşmalıdır. Bu, onların özləri üçün də yaxşıdır. Kim meydana çıxacaqsa, özünü yaxşı tərəfdən göstərəcəksə, öz adını, hörmətini qaldıracaq. Məsəlçün Emin Cəfərquliyev. O gənc oyunçudur, elə də tanınmayıb. Amma yaxşı hazırlaşacağı, komandanın uğurunda böyük pay sahibi olacağı halda, artıq hamı ondan danışacaq.
Ümumi götürdükdə komandamızın heyətində yaxşı oyunçuların olmasını qeyd etməliyəm.
- Komandamıza qoşulan yeni oyunçular barədə nə deyə bilərsiniz?
- Joel Epalle çox tanınmış oyunçudur. Onun komandamızda çıxış etməsi bizim üçün çox yaxşı haldır. Epalle Almaniya bundesliqasında xeyli müddət forma geyib. Epallenin bizim komandamızda olmasını eşidənlər dərhal təəccüblənir, onun nəyə görə məhz “Bakı”nı seçməsini düşünürlər. O, həm peşəkar futbolçu, həm də gözəl insandır.
Eyni sözləri Dare Nbomba haqda da deyə bilərəm. İnanıram ki, onların hər ikisi avrokuboklarda “Bakı”ya böyük fayda verəcək. Juninyo vı Emin Cəfərquliyev də yaxşı futboçulardır.
- Daha hansı futbolçuların komandamıza keçidi gündəmdədir?
- Transfer çalışmalarımızı davam etdiririk. Dünyanın hər yerindən bizə xeyli sayda oyunçu təklif olunur. Amma biz xeyli götür-qoy edib, ən yaxşı varianta üstünlük verməyə çalışırıq. Çünki komandamıza gələn yeni futbolçu mütləq hazırkı heyətdəki oyunçulardan güclü olmalıdır. Əks halda transferin nə mənası var?
Legioner futbolçuya pul verib, onu ehtiyatda oturtmaq düzgün deyil. Günü bu gün eyni anda 7 oyunçu ilə müqavilə bağlamaq olar. Amma biz ad xatirinə iş görmürük. Əsl komandda qurmalıyıq. Mənə yaxşı futbolçu deyil, yaxşı komanda lazımdır.
Dünya çempionatına diqqət yetirin. İtaliya, Fransa, İngiltərənin heyətində xeyli sayda yüksək səviyyəli futbolçu olsa da, onlar vahid komanda kimi birləşə bilmədilər. Oyunu hər hansı futbolçu deyil, komanda udur.
- “Bakı” klubu qeyri-rəsmi də olsa sizin rəhbərliyiniz altında ilk oyununa artıq çıxıb. Həmin qarşılaşmada futbolçular tapşırıqlarınızı nə dərəcədə düzgün yerinə yetirə bildilər?
- İlk oyunda zəif rəqiblə qarşılaşmaq daha məqsədəuyğundur. Çünki futbolçular güclü komandaya qarşı mübarizə aparmalı olsaydılar, o zaman əzələlərində problemlər yarana bilərdi. Oyunu komanda yaxşı keçirdi. Biz hətta 17 deyil, 25 qol da vura bilərdik. Lakin ikinci hissədə tamamilə heyəti dəyişərək, gənclərə şans verdik. Bu oyun yoldaşlıq xarakteri daşısa da, mən futboçulara daha çox qol vurmağı tapşırmışdım.
Tam səmimi deyirəm, 10:0 hesabı ilə qələbə qazansaydıq, həmin gün, mən komandadan narazı qalacaqdım. Futboçular peşəkar olmalıdırlar. Mən öz işimi sevirəm, onlar da eyni hissləri keçirməlidirlər. Futbol da onların işidir. Futbolçuların hamısı hər oyuna qələbə qazanmaq üçün çıxmalıdırlar. Fərqi yoxdur, qarşındakı rəqib səndən nisbətən zəifdir, ya güclü.
- Komandamız hazırlıq prosesi çərçivəsində daha 3 oyun keçirəcək...
- Sabah Koblent şəhərində eyniadlı komanda ilə, ayın 6-da Lüksemburqda bu ölkə nin çempionu, 8-də isə “Köln”lə qarşılaşacaq. Bu oyunlar əvvəlkinə nisbətən çətin keçəcək. Amma mən inanıram ki, komandamız həmin matçlarda da yaxşı oyun göstərəcək.
İyulun 15-də avrokuboklarla ilk matçımızı keçirəcəyik. Həmin vaxtadək tam hazır olmalıyıq.
Mənbə: "Bakı"nın rəsmi saytı
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi