“Qəbələ”nin hücumçusu Stiven Monroz Qol.az-a müsahibə verib. Mövsümün sonunda “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən franslı futbolçu ölkə kubokunun finalında “Sumqayıt”la keçirəcəkləri oyundan da danışıb.
- Mətbuatda “Neftçi” ilə anlaşdığınız barədə xəbərlər dolaşır...
- Hə, onlar mənə müqavilə təklif ediblər. Ancaq hələ ortada anlaşma yoxdur. Sadəcə, şifahi söhbət olub. “Neftçi” ilə müqavilə bağlamamışam. Danışıqlar davam edir.
- Danışıqlar hansı mərhələdədir?
- Onlar öz təkliflərini irəli sürüblər. Mən isə hələ ki, düşünürəm. Təklifi götür-qoy etdikdən sonra yekun qərarımı verəcəyəm.
- “Neftçi”yə keçmək istəyirsiniz?
- Hə, bu barədə “Qəbələ” rəhbərliyinə də məlumat vermişəm. Menecerim klub prezidenti ilə məsələni müzakirə edəcək. Mənim qərarımı gözləyir. Mən isə hələlik kubokun finalına köklənmişəm. Düzdür, özüm də “Neftçi”yə keçməkdə maraqlıyam. Amma qərarımı finaldan sonra açıqlayacağam.
- Yəni, istənilən halda gələn mövsümdən sizi yenidən Baqali Dabo ilə eyni komandada görəcəyik...
- Hə, ola bilər. Hər şey mümkündür. Ancaq indidən əminliklə deyə bilmərəm ki, gələn mövsüm 100 faiz “Neftçi”də olacağam.
- Bir az final oyunu haqda da danışaq. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici matçda “Sumqayıt”la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Çox maraqlı və gərgin oyun olacaq. Bilirsiniz ki, final matçlarında favorit olmur. “Sumqayıt” yaxşı formadadır. Çempionatda “Neftçi” üzərində sürpriz qələbə qazandılar. Özü də ikinci heyətlə. Eyni zamanda kubokda da yaxşı təsir bağışlayırlar. Hörmətə layiq komandadır. Nəticənin necə olacağını deyə bilmərəm. Sadəcə, onu bilirəm ki, hər kəs maraqlı oyun izləyəcək. Bilirsiniz ki, ötən mövsüm də finalda uduzmuşduq. “Qəbələ”nin kuboka çox ehtiyacı var.
- “Qəbələ” 4 dəfə kubokun finalına çıxsa da, hər birində uduzub. Bu dəfə tilsimi qırmaq mümkün olacaq?
- Hə, bilirəm. Komanda 4 dəfə final oynayıb, heç birində qalib gələ bilməyib. Bu dəfə kuboku qazana bilsək, bu, “Qəbələ”nin tarixində ilk titul olacaq. Görək, necə olacaq. Hər şey 90 dəqiqənin sonunda bəlli olacaq.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı