"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Ölkə kubokunda finala vəsiqə qazanmaları ilə bağlı təəssüratlarını bölüşən futbolçu maraqlı fikirlər səsləndirib.
- Dünən çətinliklə də olsa, finala vəsiqə qazana bildiniz. Əvvəlcə 3:3 hesabı ilə başa çatan oyun haqda fikirlərini bilmək maraqlı olardı.
- Doğrudan da möhtəşəm hisslərdir. Açığı, bu günə qədər çox final oynamışam. Amma "Sumqayıt"a belə bir vəziyyətdə finala çıxmaq çox lazım idi. Qürurverici haldır. Top-klublara baxanda, həqiqətən heyət baxımından geri qalırıq. Amma əsas odur ki, hər zaman komanda şəklində, dost-qardaş kimi bir yerdə olduq. Burada da ən böyük əmək Ayxan müəllimə məxsusdur. Komandanı dağılmağa qoymadı.
- Son dəqiqələrdə hesab bərabərləşdikdən sonra elə bir hiss oldumu ki, "Zirə" 4-cü qolu vurub, qələbə qazanacaq?
- Əlbəttə ki, belə bir hiss keçdi. "Zirə" ikinci hissəyə bütün hücumçuları ilə çıxmışdı. Amma biz də əlimizi yanımıza salmamışdıq. Buna baxmayaraq, yorğunluq var idi. Zədələr, psixoloji durum belə düşünməyə əsas verirdi. Əsas odur ki, sonda sevinən tərəf biz olduq, finaldayıq.
- Oyundan əvvəl çox adam "Sumqayıt"ın finala çıxacağına inanmırdı...
- Bəli, çempionatda vəziyyətimiz ürəkaçan deyil. Buna əsasən hamı düşünürdü ki, "Sumqayıt" "Zirə"ni keçə bilməyəcək. Amma yenə deyirəm, əzmkarlıq və istək hər şeyi üstələdi. Artıq finaldayıq. İnanıram ki, bu cür davam edib, kuboku da götürəcəyik.
- Çempionatdakı vəziyyətiniz, "Zirə" ilə yarımfinalın ilk oyununda evdə qolsuz heç-heçə komandaya mənfi təsir etməyə bilməzdi. Maraqlıdır, Ayxan Abbasov futbolçuları cavab görüşünə necə motivasiya etdi?
- Bu qədər məğlubiyyətə baxmayaraq, o, komandanı psixoloji olaraq dağılmağa qoymadı. Hamını bir yerə yığıb deyirdi ki, biz qardaşıq, heç vaxt sınmamalıyıq. Tez-tez kubokda mübarizəni davam etdirdiyimizi xatırladırdı. Çempionatda axırıncı yer barədə fikirləşməməyimizi, mümkün qədər yuxarı qalxmalı olduğumuzu söyləyirdi. Doğrudan da biz heç bir komandadan zəif oynamırıq. Uduzduğumuz matçlarda belə, sonadək mübarizə aparmışıq. Gec-tez bunu nəticəsi olmalı idi. Dünən finala çıxdıq. Sevindirici haldır ki, Sumqayıt camaatı bu hissi yaşayacaq.
- Yəqin ki, finaldakı rəqibinizin "Qəbələ" olmasına sevindiniz. Çünki həlledici oyunda "Qarabağ"la qarşılaşmayacaqsınız.
- Yox, belə bir şey yoxdur. Final bir oyundan ibarətdir. Belə matçlarda favorit olmur. Hər bir komanda qalib gələ, uduza bilər. Bizim üçün rəqibin kimliyi yox, özümüzün finala çıxmağımız idi. Yalnız bunu düşünürdük. Tarix yazdıq, "Sumqayıt" belə şey yaşamamışdı. Yenə deyirəm, burada Ayxan müəllimin əməyi daha böyükdür.
- İlk hissənin ortalarında zədələnərək, meydanı tərk etdin. Hazırda özünü necə hiss edirsən?
- Ayağım topuq nahiyyəsindən burxuldu. Bir az keyimə var idi. Həkimlər baxandan sonra dedilər ki, oynamasan, daha yaxşıdır. Hər şeydə bir xeyir var. Elə oldu ki, birinci hissə 3:0 qurtardı. Dünən elə şeylər oldu ki... Məsələn, Peyman məşqdə zədələnmişdi, oynamamalı idi. Amma son anda bildik ki, meydana çıxacaq. Oynadı, qəhrəman oldu. Önəmli olan o deyil. Biz komandada heç bir futbolçunu fərqləndirmirik. Hamımız bir-birimizə "qardaş" deyib, bu yerlərə gəlib çıxdıq.
- Zədə növbəti oyunlarda meydana çıxmağına mane ola bilər?
- Bilmirəm. Hələ ağrılar var, ayağımı yerə basa bilmirəm. Bu gün istirahətdir. Sabah müayinədən sonra hər şey bilinəcək. Çalışacam ki, ən azından çempionatın son turunda oynayım və kubok matçına tam hazır olum.
- Final oyunu Naxçıvanda olacaq. Bununla bağlı müəyyən narazılıqlar var. Sən nə düşünürsən?
- Problem deyil. Naxçıvan yox, lap Dubayda keçirilsin. Bizim üçün fərqi yoxdur. Final bir matçdan ibarətdir. Tam ciddi şəkildə hazırlaşıb, növbəti dəfə tarix yazmaq istəyirik.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov