"Zirə"nin kapitanı Kamal Bayramov Qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsində sabah "Sumqayıt"la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşən qapıçı iddialı danışıb.
- Əvvəlcə ötən tur "Qarabağ"la oyunda qapıçı yoldaşın Abdulla Seyidəhmədovun topu ayaqları arasından buraxdığı kobud səhvlə bağlı fikirlərini bilmək maraqlı olardı...
- Burada elə də böyük problem yoxdur. Texniki səhvdir. Bu gün ilk 10-luqdakı qapıçıları götürək, hamısı Abdulladan da kobud səhvlər edir. Bu, oyunçunun gənc və ya təcrübəli olmasından asılı deyil. Hamının başına gələ bilər. O qapıçının yaxşı gələcəyi var. Gözümüzün qabağında olan uşaqdır. Potensialını, keyfiyyətlərini bilirik. Səhvdən sonra oyunu yüksək səviyyədə keçirməsi, digər epizodlarda yaxşı çıxış etməsi göstərdi ki, özünü toparlaya bilir. Əslində bu, qapıçılar üçün yaxşı keyfiyyətdir. Epizodla bağlı Abdulla ilə danışanda, dedi ki, oyunçumuza baxırdım, həmin vaxt topu dərhal götürüb, oyunu başlatmaq istəyirdim.
- Kubok oyunlarıöncəsi çempionat matçlarına - istər "Qəbələ", istərsə də "Qarabağ"la oyunlara əsas heyətlə çıxmadınız. Düşünmək olarmı ki, hardasa çempionatı kuboka qurban verirsiniz?
- Bizim üçün Avroliqaya ən yaxın yol kubokdan keçir. Çempionatda heç bir şansımız yoxdur. Kubokda əlimizə düşən fürsətdən maksimum istifadə etmək istəyirik. Amma çempionatı kuboka qurban vermək söhbəti yoxdur. Baş məşqçi bizə demir ki, çempionatı unudun. Çünki aşağıda qərarlaşan rəqiblərimiz xal toplayıb, bizə yaxınlaşırlar. Mövsümün başa çatmasına iki tur qalıb. Hər şey ola bilər. Kubokda da, çempionatda da oynayanlar eyni komandanın futbolçularıdır. Hamımızın bir amalımız var. Sadəcə, kuboka daha çox köklənmişik, fikrimizi yönəltmişik. Avroliqaya getmək üçün yeganə şansımız kubokdur.
- Sabah kubokda "Sumqayıt"la cavab oyununa çıxacaqsınız. İlk matç qolsuz başa çatıb. Şansları necə dəyərləndirirsən?
- Komanda həftə ərzində oyuna maksimum hazırlaşıb. Psixoloji baxımdan da vəziyyət istədiyimiz kimidir. Çalışırıq ki, əlimizə düşən şansdan maksimum dərəcədə istifadə edək. Sabah əlimizən gələnin artığını etməyə çalışacağıq ki, mərhələni adlayan tərəf biz olaq.
- "Sumqayıt" son turda səfərdə gözlənilmədən "Neftçi"ni məğlub etdi. Bu, sizdə hər hansı narahatlıq yaratmır?
- Düşünmürəm ki, hər hansı narahatlıq olsun. Rəqibimiz "Sumqayıt" yox, "Qarabağ" belə olsaydı, hədəfimiz dəyişməyəcəkdi. Məqsəd turu keçməkdir. Ona görə də "Sumqayıt"ın "Neftçi"ni udması hər hansı təşvişə səbəb olmayıb. Normal motivasiya ilə kubok matçına hazırlaşırıq.
- Düzdür, hələ finala çıxmamısınız. Əgər "Sumqayıt"ı keçsəniz, həlledici oyunda kiminlə oynamaq istərdiniz: "Qəbələ", yoxsa "Qarabağ"?
- Finala çıxaq, sonra bu haqda fikirləşərik. Çünki indi nəsə desəm, rəqib komandalara, oradakı dostlara qarşı hörmətsizlik olar.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı