"Sabah"ın müdafiəçisi Kərim Diniyev Qol.az-a müsahibə verib. Azərbaycan Premyer Liqasının son turunun "Keşlə" ilə oyununda (1:1) qapılarına vurulan mübahisəli qoldan danışan futbolçu topun qapı xəttini keçmədiyini bildirib.
- Son turda evdə "Keşlə" ilə bərabərə qaldınız. Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdim.
- Üçüncü dövrədə "Keşlə"yə səfərdə böyük hesabla uduzmuşduq. Həmin məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxmışdıq. Turnir cədvəlində irəliləyə bilməyəcəyimizi bilsək də, ən azından mövqeyimizi qorumaq istəyirdik. Oyun bizim üçün pis keçmədi. Həqiqətən yaxşı çıxış etdik. Hesabda da irəlidə idik. 90+6-cı dəqiqədə başımıza şanssız hadisə gəldi və məcbur heç-heçəyə razılaşmalı olduq. Artıq matç bitib. Əlimizdən nə gələ bilər ki? Ancaq qələbəyə layiq olduğumuzu düşünürəm.
- Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə mübahisəli qolla qələbəni əldən verdiniz. Topu qapı xəttindən sən çıxardın. Odur ki, elə epizodu da ən yaxşı sən şərh edə bilərsən. Ayitenin vurduğu top qapı xəttini keçmişdimi?
- Həmişə deyirik ki, hakimlər də səhv edə bilərlər, danışmayaq. Amma nə qədər danışmamaq olar? Qış fasiləsindən sonra futbolçularımıza 7-8 dənə qırmızı vərəqə verilib. Məncə, bunların yarısından çoxu haqsız qərardır. "Danışmayaq" deyirik, ortada xallarımız gedir axı. Meydanda 90 dəqiqə əziyyət çəkirik. Qol epizoduna gəlincə, təkrara baxanda da görünür ki, top xətti keçməyib. Fikir verdinizsə, "Keşlə"nin futbolçuları qolla bağlı hakimə heç nə demədilər. Halbuki məndən başqa epizoda yaxın nə qədər rəqib oyunçu var idi. Heç əllərini də qaldırmadılar ki, qoldur. Hakim qolu necə saydı, bilmirəm. Topu xətdən mən çıxardım. Sağ ayağım içəridə idi. Yəqin hakimi aldadan da bu olub. Amma bu, düzgün deyil. Mən özüm də xətdən içəridə ola bilərəm. Əsas topdur. Xətti tam keçməlidir ki, qol sayılsın. Orada isə top heç 30 faiz də xətti keçməmişdi. Özüm də əmin idim ki, yüz faiz qol yoxdur. Hakim həmin vaxt fit çaldı, elə bildim, oyun qurtardı. Sakitcə dayanmışıq, sevinirik ki, 3 xal qazanmışıq. Bir də baxıram ki, hakim mərkəz nöqtəni göstərir ki, qoldur. Belə şey olmaz axı.
- Topun qapı xəttini keçib-keçmədiyini yan xətt hakimi görməli idi. Deməli, günah laysmanda olub...
- Əlbəttə. Siz gördünüz, o, harada dayanmışdı? Künc nöqtəsindən 2 metr aralıda durmuşdu. Mövqe səhvi etdiyinə görə yalandan qolu saydılar. Əminliklə deyə bilərəm ki, top qapı xəttini keçməmişdi.
- Maraqlıdır ki, hakimin qərarına yalnız sən etiraz edirdin. Komanda yoldaşların niyə sakit dayanmışdılar?
- Uşaqlar şokda idi ki, bu, necə qolu saya bilər. Hamı gördü ki, top xətti keçməyib. Mən özüm də elə bildim ki, hakim final fitini səsləndirib. Bir də gördüm ki, Ayite köynəyini çıxarır, sevinir. İlk dəfədir, başıma belə şey gəlir.
- Özün də qeyd etdin ki, hakimlik haqda çox danışmırsız, qərarlara etiraz etmirsiniz. Bəlkə elə buna görə başınıza bu cür hadisələr gəlir...
- Səssiz dayanmaq və ya hay-küy etmək, bunun heç bir fərqi yoxdur. Hakim meydana oyunu ədalətli idarə etmək üçün çıxmalıdır. Biz nə qədər qırmızı vərəqə almışıqsa, həmişə səhvi özümüzdə axtarmışıq. Amma belə də olmaz axı.
- "Sabah" qış fasiləsindən sonra bir qədər inamsız təsir bağışlayır. Bunun səbəbini nədə görürsən?
- Bəlkə də bəhanə olduğunu düşünəcəksiniz, amma biz qış fasiləsindən sonra cəmi 2 oyunda tam heyətlə meydanda olmuşuq. Digər matçlarda zədəlilərimiz, cəzalılarımız çox oldu. Ümumilikdə isə pis təsir bağışladığımızı deyə bilmərəm. Düşünürəm ki, qış fasiləsindən sonra ən bərbad oyunumuz "Keşlə"yə 0:3 hesabı ilə uduzduğumuz görüş olub. Həqiqətən çox pis oynamışdıq. Düzdür, ilk dövrə ilə müqayisədə az xal yığmışıq. Amma qarşıdakı iki turda bunu kompensasiya edə bilərik. Komandamıza inanıram.
- Növbəti oyun "Sumqayıt"a qarşı olacaq. Rəqibə xal lazımdır. Bu barədə nə düşünürsən?
- Bizə də xal lazımdır. "Sumqayıt" son turda "Neftçi"yə qalib gəldi. Halbuki meydana əsas oyunçuları ilə çıxmamışdı. Çox təhlükəli rəqibdir. Onlarla oyunlarımız çətin keçir. Bizim üçün vacib oyundur. Çünki "Sumqayıt"la arada 4 xal fərq var. Məqsədimiz 3 xal qazanmaqdır. Qələbəbə qazansaq, "Sumqayıt" turnir cədvəlində bizi keçə bilməyəcək.
Elnur SALAHOV
30-cu sülh
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi
"Mançester Yunayted"in yetirməsi vəfat etdi
38 yaşlı kapitanla müqavilə uzadıldı
Xəbərlərimiz daha əlçatan oldu!
Alman klubu Emreli ilə danışıqlara başladı – Rəsmi
"Çelsi"nin baş məşqçisi: "Nəticədən narazıyıq"
Bundesliqanın ən yaxşısı açıqlandı
Maquayr: "Lion" dəliliyin təsviridir"
Messi gələcəyi haqda
De Byazi Fernandu Santuşdan danışdı
Avrokuboklarda yarımfinalların təqvimi
Azərbaycanın və klublarımızın UEFA reytinqi
Amorim: "Old Trafford"da hər şey mümkündür"