«Sabahkı oyunda aqressiv, sərt, hər kəsin baxmaq istədiyi ambisiyalı matçın olacağını düşünürük». Qol.Az-ın məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsində sabah «Qarabağ»la qarşılaşacaq Makedoniyanın «Metallurq» klubunun baş məşqçisi Jikitsa Tasevski belə deyib. Bu gün keçirilən mətbuat konfransında o bildirib ki, Azərbaycan futbolu haqda yetərli məlumatı var: "Futbolunuz son illər güclü inkişaf dövrü keçir. "Qarabağ"ın ötən il "Rusenborq"u sıradan çıxarmasından xəbərdaram. "Metallurq"a gəlincə, bizim gənc komandamız var. Təcrübə baxımından çatışmazlıqlarımız ola bilər. Amma «Qarabağ»la oyunda uğur qazanmağa və növbəti mərhələyə çıxmağa çalışacağıq. Təbii ki, biz rəqibin gücünə də bələdik. Hələlik səfərdə bizə sərfəli olan nəticəni qazanmağa çalışacağıq ki, ev oyununda, doğma Skopyedə də lazımi nəticəni qazanmaq yolunda ciddi problemlə üzləşməyək. Bunu xususi vurğulamaq istəyirəm ki, Azərbaycanda oynamış makedoniyalı futbolçularla söhbətdə ölkəniz haqda ancaq xoş sözlər eşitdim. Burada sizin xalqın necə qonaqpərvər olduğunu bir daha gördük".
«Qarabağ» haqda danışan rəqib məşqçi Ağdam klubunun müdafiə xəttinin oyununu qeyd edib: «Admir Teli, Rəşad Sadıqov, Maksim Medvedyevin adını çəkə bilərəm. Orta sahədə Aslan Kərimov, hücumda Rauf Əliyev, Georgi Adamiya kimi oyunçuları xususi qeyd etmək istərdim. Amma siz burda təbii ki, hücüm futbolu oynamağa çalışacaqsınız ki, bu da bizim xeyrimizə işləyə bilər»
«Qarabağ»ın Azərbaycanın hansı bölgəsini təmsil etməsi barədə suala cavabında o deyib ki, Ağdamdan insanların qaçqın düşdüyündən və onların komandamıza necə çılğıncasına azarkeşlik etməsindən xəbərdardır.
«Yaman sakit görünürsünüz. Olmaya qələbə qazanacağınıza əminsiniz» sualının cavabında isə baş məşqçi bunları deyib: «Makedoniyada məni sakit adam kimi tanıyırlar. Amma oyun başlayanda tam dinamik adam oluram. Hər halda uğur qazanacağımıza da inanıram. Bilmək olmaz, bəlkə sabahkı oyundan sonra siz mənim Azərbaycanda qalıb işləməyimin tərəfdarı oldunuz» (gülür).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı