“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 23-cü turunda dünən “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan danışan xorvatiyalı futbolçu digər məqamlara da toxunub.
- Əvvəlcə “Qəbələ” ilə dünənki oyun barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Oyun çox ağır keçdi. Əslində belə olacağını bilirdik. Çünki “Qəbələ” öz meydanında yaxşı oynayır. Biz də bunu nəzərə alıb, matça ciddi hazırlaşmışdıq. Şadam ki, çətin də olsa, sonda 3 xalı biz qazandıq.
- Bundan əvvəlki turda səfərdə “Sumqayıt”a çox asanlıqla qalib gəlmişdiniz. Bu dəfə isə çətin qələbə qazandınız. Hətta xal da itirə bilərdiniz. Sizcə, niyə belə alındı?
- Əvvəla onu deyim ki, tək “Qəbələ” ilə deyil, bütün oyunlarımız ağır keçir. Dünənki matça gəlincə, rəqib doğrudan da yaxşı komandadır. Heyətində güclü futbolçular var. Ən əsas amil isə öz meydanlarında oynamalarıdır. Bütün bunlar matçın çətin keçməsinə səbəb oldu.
- “Qarabağ”dan əvvəl iki il “Qəbələ”nin formasını geyinmisiniz. Bu, rəqib kimi Qəbələyə 2-ci səfəriniz idi. Hansı hissləri keçirdiniz?
- Ancaq xoş hisslər keçirdim. Fərqli heç nə olmadı.
- Qəbələyə əvvəlki səfərinizdə yerli azarkeşlərdən biri ilə problem yaşamışdınız. Bu dəfə sizi necə qarşıladılar?
- Bu dəfə hər şey yaxşı oldu. Heç bir problem baş vermədi.
- Mövsümün başa çatmasına 5 tur qalıb. Hələ də turnir cədvəlində ikihakimiyyətlilik hökm sürür. Həm “Neftçi”nin, həm də “Qarabağ”ın 51 xalı var. Demək olarmı ki, çempionluğun taleyinə son turda elə bu iki komanda arasındakı oyunda aydınlıq gələcək?
- Hə, artıq çempionat sona yaxınlaşır. Ancaq hələ qarşıda 5 tur var. İndi xallar bərabər olsa da, növbəti oyunlarda vəziyyət dəyişə bilər. Ona görə də çempionluq barədə danışmaq hələ tezdir. Görək, son 5 oyunda nələr olacaq.
- Ölkə kubokunun yarımfinalında da rəqibiniz “Qəbələ”dir. Aprelin 23-də səfərdə, mayın 1-də isə evdə yenidən bu komanda ilə qarşılaşacaqsınız. Həmin oyunlardan nə gözləyirsiniz?
- Düşünürəm ki, yenə çətin olacaq. Bizi qarşıda "Qəbələ" ilə daha iki ağır oyun gözləyir. Məqsədimiz finala vəsiqə qazanmaqdır. Bu baxımdan hər iki görüşə ciddi hazırlaşacağıq.
- Xorvatiya mətbuatında tez-tez sizin Azərbaycan vətəndaşlığı almaq və milli komandamızda oynamaq istəyinizlə bağlı xəbərlər yazılır. Doğrudan da belə bir şey varmı və sizə nə vaxtsa bu barədə təklif olubmu?
- Bilirəm ki, Azərbaycan vətəndaşlığı almaq üçün minimum 5 il burada oynamalıyam. Mən isə cəmi 3 ildir ölkənizdəyəm. Odur ki, hələ bu barədə danışmaq tezdir.
- Yeri gəlmişkən millimizin “Avro-2020”nin seçmə mərhələsində Xorvatiya ilə oyununu izlədinizmi?
- Bəli, oyuna baxdım. Məğlubiyyətə baxmayaraq, yığmanız yaxşı mübarizə apardı. Az qalmışdı ki, Xorvatiya ilə heç-heçə oynasınlar.
Elnur SALAHOV
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
"Qarabağ" yeni transferini rəsmən açıqladı - Şəkillər
"Mançester Yunayted" onun üçün 70 milyon təklif etdi
"Napoli" yeni transferini açıqladı
Peres və Alonso arasında fikir ayrılığı yarandı
"Liverpul"la razılaşdı
Yamal: "Xəyalımı gerçəkləşdirirəm"
"Arsenal" qadın futbolunun ən bahalı transferini açıqladı
"Real"dan Alaba qərarı
Coşua Kinq bu kluba keçdi
Cerrard 45 yaşında baba oldu
"Neftçi" səfər formalarını da təqdim etdi - Şəkillər
"Qarabağ" məşhur klubdan futbolçu transfer etdi
Qurban Qurbanov Belfastda - Oyunu stadiondan izlədi
Ronaldo uğurları sıraladı
"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı
Avrokuboklardan 10 illik kənarlaşdırıldılar
"Sabah"dan ayrılan Çakla bu kluba keçdi
"Barselona" Yamalla yeni müqavilə imzaladı - Rəsmi
Mbappe barədə araşdırma başladıldı
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vuruldu
"Qarabağ"ın ÇL-dəki rəqibi dəqiqləşdi
"Karvan" ingiltərəli futbolçu aldı
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı