Avropa Liqasında "Xəzər Lənkəran"la oyun ərəfəsində "Çernomorets"ə məğlub olan "Olimpiya"nın baş məşqçisi Nikolay Bunya müsahibə verib.
- Nikolay Pavloviç, "Çernomorets"lə oyunla komandanız Avropa Liqasına hazırlığı başa vurdu. Qitə miqyaslı yarışın debüt qarşılaşmasına hazırsınızmı?
- Oyun bizim üçün alındı. "Çernomorets" yaxşı rəqibdir. İlk oyunu pis keçirmədik. Öz səhvlərimizə görə məğlub olduq. Bu oyun yaxşı təcrübə oldu. Məğlubiyyəti faciəyə çevirməməliyik. Təəssüf ki, sonradan meydana çıxan uşaqlar onlardan nə istədiyimizi tam başa düşmürlər. Problem əsas heyətdə olan futbolçularda deyil, onlar daim oynayırlar. Çətinlik ehtiyatda oturanlarla bağlıdır. Məğlubiyyət də nəticədir. Qalan beş gün ərzində "Xəzər"lə oyuna yüksək səviyyədə hazırlaşmaq üçün əlimizdən gələni edirik. Çalışacağıq ki, həm psixoloji hazırlıqlı, həm də əla əhval-ruhiyyədə olaq. Bu, bizə yaxşı oyun və qənaətbəxş nəticə göstərməyə kömək edəcək.
- Avropa Liqası oyunu ərəfəsində siz 1:3, azərbaycanlılar 2:6 məğlub oldular. Fikrinizcə, bu, iyulun 1-də keçiriləcək oyunda kimin psixoloji durumuna daha çox təsir göstərəcək?
- Mən “Xəzər”in durumunu xarakterizə etmək istəmirəm. Bizim öz problemlərimiz var. Ancaq yenə də təkrar edirəm ki, son yoxlama oyununun nəticəsinə görə eybi yoxdur. Futboçular fərdi səhvlərə yol verdikləri üçün 1:3 uduzduq. Lakin ümumilikdə oyunun gedişatından, xüsusilə ilk hissə uşaqlardan razı qaldım. Buna görə də bu nəticənin “Xəzər”lə oyunda mənfi təsir göstərəcəyini demək olmaz. Əksinə, bunun bizə müsbət təsiri olacağını düşünürəm. Biz səhvlərdən nəticə çıxarmalı, toparlanmalı və lazımı addımlar atıb irəli getməliyik.
- Start heyəti müəyyən etmisiniz?
- Mən 90 faiz heyəti müəyyənləşdirmişəm. Əlbəttə ki, hər hansı gözlənilməz hadisə baş verməsə, ilk 11-likdə dəyişiklik olmayacaq.
- Komandada hamı sağlamdır?
- Bəli. Siz gördünüz ki, hamı oynadı. Yalnız Maksim Xovanski və Denis Kristofoviç oynamadı. Onlar hazır olmadıqlarından meydana buraxmadım.
- Daha komandada problem yoxdur?
- Xeyr. Rəhbərlik çox sağ olsun. Əllərindən gələni edirlər ki, biz yaxşı şərait və meydançada yüksək səviyyədə hazırlaşaq. İyulun 1-də meydana çıxıb möhtəşəm oyun göstərməli və lazımı nəticə qazanmalıyıq.
Mənbə: sports.md
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı