“Qarabağ”ın müfadiəçisi Rəşad Sadıqovun müsahibəsi
- Rəşad, ilk öncə Türkiyə hazırlığını qiymətləndirərdin...
- Fikrimcə, hazırlıq istədiyimiz kimi keçmədi. Ona görə ki, lazımı sayda yoxlama oyunları keçirə bilmədik. Ancaq yaxşı məşqlər, ikitərəfli gərgin oyunlarımız oldu. Bununla belə bu, hazırlıq oyunlarının yerini vermir.
- “Terek”lə oyunun baş tutmamasının nə dərəcədə təsiri oldu?
- Bununla böyük zərbə aldıq. Dedilər ki, Şahin Diniyev özünü pis hiss edir, başı ağrıyır və buna görə də “Terek” oyundan imtina etdi. Bu səbəbdən planımız pozuldu, pis vəziyyətdə qaldıq.
- Şahin Diniyevin belə hərəkət edəcəyinə inanırsan?
- Fakt budur ki, bunu bizə oyunu təşkil edən şəxs deyib. O, Diniyevin komandamızla qarşılaşmasını istəmədiyini çatdırdı. Vaxtında xəbər verilsəydi, hər şeyi qaydasına salardıq.
- Onunla soyuq münasibətlərin davam edirmi?
- Bu haqda danışmaq istəmirəm.
- Rəqiblə bağlı fikrin necədir?
- Makedoniya klubu ortabab komandadır. Əlbəttə ki, 10 münasib rəqibdən biri ilə düşüb ilk mərhələni rahat keçməyi istəyirdik. Amma elə komandayla üzləşdik, qarşıda bizi ağır oyunlar gözləyir.
- “Rusenborq” kimi güclü komandanın öhdəsindən gələn “Qarabağ” üçün “Metallurq”u keçmək nədir ki?
- “Rusenborq”la oyunlar gərgin olmuşdu, onlar qələbəyə daha yaxın idilər. Ancaq biz Allahın köməyi ilə cərimə zərbəsində fərqlənməklə mərhələ keçdik. Hər zaman belə olmur. “Metallurq” “Rusenborq” səddimiz keçdiyimizi yaxşı bilirlər və oyunlarımızı təhlil edəcəklər. Biz isə rəqibi lazımınca tanımırıq. Əlimizdə də oyunlarının videoyazısı yoxdur. Fikrimcə, bu baxımdan üstünlük rəqibdədir.
- Belə çıxır ki, ilk oyun səfərdə olsa, daha yaxşı olardı...
- Əlbəttə. Biz oyunu əks hücumda qurub rəqibə yaxşı bələd olub istəyimizə nail olardıq. Ötən mövsüm 3 oyun səfərdə idi. Bunun bizim üçün böyük faydası oldu. Qorxuram ki, indi ilk oyun çətinlik yaratsın.
- Konkret məqsəd nədən ibarətdir?
- Oyunlara yalnız qələbə üçün çıxacağıq. Qəti arxayınlaşmaq olmaz və hətta qarşılaşmaların hər saniyəsini belə düşünməliyik.
- Çox güman ki, əsas diqqət müdafiəyə yönələcək.
- Bəli. Evdəki oyun çox vacibdir. İlk növbədə qol buraxmamalıyıq. Hətta 0:0 hesabı da bəlkə cavab oyunu ərəfəsində bizim üçün üstünlük ola bilər. Ötən mövsümü düşünərək irəli atılsaq, yana bilərik. Ehtiyatlı, nizamlı oynamaq və ilk 15-20 dəqiqədə rəqibi tanımağa çalışmaq lazımdır. Bundan sonra yavaş-yavaş tapşırıqları yerinə yetirməliyik.
- Komandanız yenə çox sayda transferlər etmədi.
- Təəssüf ki, yeni futbolçumuz Samir Abbasov zədələnib. Avroliqa oyunlarında iştirakı sual altındadır. Bizim komandanın siyasəti daha çox stabil heyətə üstünlük vermək kollektiv oyun göstərməkdir. Hesab edirəm ki, bu, doğrudur. Avropanın böyük klublarından “Barselona”, “Mançester Yunayted” il ərzində heç 6-7 futbolçu transfer etmir. Bunu “Real” həyata keçirsə də, illərdir nəticəsini görmür.
- Ötənilki “Qarabağ”güclü idi, yoxsa indi?
- Bunu oyunlar göstərəcək.
- Şansları necə dəyərləndirirsən?
- 50-50-yə.
- Qol vurmaq haqda düşünürsənmi?
- Yox. Əvvəlcədən qol vurmağı düşünmək maneçilik törədir. Əsas odur ki, öz oyunumuzu göstərək və qol buraxmayaq.
- Necə fikirləşirsən, Vaqif Cavadovun yoxluğunu hiss etdirməyə biləcəksinizmi?
- Mən bunun üçün meydana çıxmayacağam. Həmişə olduğu kimi, özümə görə meydana ayaq basacağam. Oyuna çıxanda Vaqif haqda fikirləşmirəm. Bilirəm ki, meydana çıxanda o da mənim haqda düşünmür (gülür).
- Türkiyə klublarından dəvət almamısan?
- Yox.
Mənbə: supersport.az
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi