"Sumqayıt"ın yarımmüdafiəçisi Nicat Qurbanov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda "Neftçi"yə məğlub olduqları oyunda (1:2) baş verən hadisələr haqda danışan futbolçu maraqlı fikirlər səsləndirib.
- "Neftçi" ilə oyunda hesabı açan tərəf siz olsanız da, qələbəni qoruyub saxlaya bilmədiniz və uduzdunuz. Səncə, məğlubiyyətə nə səbəb oldu?
- Uduzmağımıza səbəb, ən birinci, öz səhvlərimiz oldu. Hakimin səhvlərini deməyin yeri yoxdur. Olan olub, keçən keçib. Oyun həm gərgin, həm də maraqlı alındı. Təəssüf ki, sonda məğlub olduq.
- Ayxan Abbasovun texniki zonadan, Mehdi Cənnətovun isə meydandan qovulmasını da məğlubiyyətin səbəbləri kimi göstərmək olarmı?
- Hakimin də səhvləri oldu. Amma onu da başa düşmək olar, cavandır. Deməzdim ki, qərarları oyunumuza ciddi təsir etdi. Düzdür, oyunun gedişində hakimin bəzi qərarlarından sonra müəyyən dəyişikliklər olur. Məncə, Mehdinin epizodunda qırmızı vərəqə var idi. Çünki dirsəyi ilə vurmuşdu. Amma onu deyim ki, o epizoda kimi hakimin bəzi qərarları zamanı gərginlik yaranırdı. Ona görə iş gəlib o yerə çatdı. Lakin Ayxan müəllimin qovulması mənə görə səhv qərar idi. Çünki rəqibin çalışdırıcısı da hərdən texniki zonadan çıxırdı. Hətta bir ara onların məşqçilərindən biri bizim yanımıza kimi gəlmişdi. "Neftçi"nin məşqçisi qovulmadı, amma bizimki qovuldu. Bu isə düzgün qərar deyildi.
- Oyun ərzində komanda yoldaşlarınla "Neftçi"nin müdafiəçisi Kiril Petrov arasında tez-tez mübahisə düşürdü. Elə Mehdi Cənnətovun qırmızı vərəqə almasına səbəb də ukraynalı futbolçu oldu. Bununla bağlı nə deyə bilərsən?
- Petrov barədə çox danışmaq istəmirdim. Çünki o da futbolçudur. Amma Petrov nəinki bu oyun, kubok matçlarında da öz davranışı ilə vəziyyəti qızışdırır, futbolçularımızı təxribata çəkir və psixoloji gərginlik yaradırdı. Adi bir şeyi deyim, mən hakimə etirazımı bildirəndə Kiril üstümə qışqırırdı. Hansı səbəbdən bunu etdiyi bilinmirdi. Sadəcə, oyunu gərginləşdirməyə çalışırdı. özü təcrübəli futbolçudur, belə şeylər etməsə, daha yaxşı olar. Çünki bu, futbolçuya yaraşan hərəkət deyil. Sənin rəqib komanda ilə işin olmamalıdır, futbolunu oynamalısan. Biz hakimə etiraz ediriksə, sən bunu öz üstünə götürməməlisən.
- Petrov oyundan sonra jurnalistlərə müsahibəsində Cənnətovun qırmızı vərəqə aldığı epizodla bağlı danışarkən deyib ki, həmin vaxt simulyasiya etməyib. Hətta söyləyib ki, Ukraynada ona belə şey öyrətməyiblər...
- Başa düşmürəm, Ukraynada ona nəyi öyrətməyiblər. Amma meydanda futbolçuya hər şeyi etdi. Ümumiyyətlə, açıqlamasını başa düşmədim. Nəyi nəzərdə tutur, vuranda uzanmağı öyrətməyiblər? Guya "Neftçi" udanda vaxtı uzatmır? Dünya futboluna baxın. İstənilən vacib oyunda udan komanda vaxtı uzadır. Özləri "Qarabağ"ı udanda bunu etmirdilər? Mən özüm də bunu edirəm. Çünki 90 dəqiqə meydanda canımızı qoyuruq. İstəmirik ki, adi bir səhvdən qapımıza qol vurulsun. Ona görə də vaxtı uzadırıq. Bu, normal haldır.
- Necə düşünürsən, "Neftçi" layiqli qələbə qazandı?
- "Neftçi" qələbə qazanıbsa, deməli, layiqdir. Amma oyunda elə şeylər var ki, nəticə bizim xeyirimizə də ola bilərdi. Ən azından heç-heçə edə bilərdik.
- "Sumqayıt" bu gün sonuncu pillədə qərarlaşıb. Bu, sənə, komanda yoldaşlarına necə təsir edir?
- Əlbəttə, heç bir futbolçu turnir cədvəlində axırıncı yerdə olmaq istəməz. Psixoloji baxımdan da çox pis təsir edir. Çünki biz də turnir cədvəlində ən yaxşı yerlərdə olmaq istəyirik. Açığı, pis oynamırıq, əlimizdən gələni edirik. Sadəcə, son nöqtəni qoymaqda problem yaşayırıq. İnanıram ki, bunun üzərində işləyib, yaxşı nəticələr qazanmağa çalışacağıq.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video