“ASK Arena”nın meydançası artıq betonlaşıb”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Qol.az-a müsahibə verib. Bir müddət öncə komandanın sabiq hücumçusu Bahodir Nasimovun Özbəkistan mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirən mütəxəssis ev oyunlarını keçirdikləri “ASK Arena”nın süni örtüyünün acınacaqlı durumundan da danışıb.
-“Keşlə”nin qış fasiləsindən sonrakı çıxışı sizi nə dərəcədə razı salır?
- Əgər komandanın 7-ci yerdə getməsi məni qane etmirsə, nəticələr necə razı sala bilər? Oyun baxımından pis təsir bağışlamasaq da, nəticələr ürəkaçan deyil. Udmalı olduğumuz görüşlərdə məğlub oluruq. Nəinki qış fasiləsindən sonra, ona qədərki çıxışımızdan da razı deyiləm. Məni narazı salan çox məqamlar var, onlardan biri də nəticədir.
- Fasilədə transfer etdiyinizi oyunçular necə, ümidləri doğruldurlar?
- Bu gün bütün futbolçular canla-başla öz işlərini görürlər. Qış fasiləsində cəmi 4 futbolçu almışıq. İmkanımız olsaydı, heyətə daha çox oyunçu cəlb edərdik. Onların gəlişindən sonra komandanın oyun planında artırdığını görürük. İstər Vüsal, istər Kamara, istərsə də Kutsenko olsun özlərini yaxşı tərəfdən göstərirlər. Bir az venesuelalı Penanın uyğunlaşması çətin gedir. Bəlkə də Latın Amerikasından olduğu və fərqli atmosferə düşdüyü üçün oyunu alınmır. Amma digərlərinin çıxışından razıyam.
- “Qarabağ”la oyundan sonra həm rəqib komandanın futbolçuları, həm də elə “Keşlə”nin legioneri Nikola Mitroviç “ASK Arena”nın meydançasının vəziyyətindən narazılıqlarını bildirdilər. Bu cür bərbad süni örtükdə komandanı oyunlara hazırlamaq baş məşqçi kimi sizə nə dərəcədə çətinlik yaradır?
- Nə dərəcədə yox, çox çətinlik yaradır. Açığı, həmin meydançada məşq edib, sonra da oynamaq həddindən artıq çətindir. Çünki meydança artıq demək olar ki, betonlaşıb. Süni örtükdə zədə ehtimalı 40-50 faizdirsə, burda artıq 100 faizdir. Buna görə də rəhbərlikdən xahiş etdim ki, oyunları burada keçiririk, futbolçuların zədə almasını sığortalamaq baxımından ən azından məşqləri ot örtüyündə edək. Artıq məşqlərimizi təbii örtüklü meydançada edirik. Belə bir örtükdə oynamaq, əlbəttə ki, çətindir. Təsəvvür edin ki, buradakı məşqlərdə çox yüklənmə verə bilmirik. Çünki əzələlər və vətərlərin qırılma ehtimalı 100 faizdir. Bu da mənim üçün çox böyük çətinlik yaradır.
- Ümumiyyətlə, belə meydançada oynamaq nəticələrinizə də təsir edirmi?
- Yox, mən deməzdim ki, nəticələrə təsir edir. Onsuz da biz bu meydançada oynamalıyıq. Nə olur-olsun, başqa yolumuz yoxdur. Meydançanın dəyişilməsi çempionat bitdikdən – may ayından sonraya nəzərdə tutulub. Bəlkə də hazırkı durum psixoloji baxımdan futbolçulara təsir edir. Qorxa-qorxa oynayırlar. Amma komandanın nəticələrinə təsir edəcək qlobal problem deyil.
- Yəqin ki, qış fasiləsində “Keşlə”dən ayrılan özbəkistanlı hücumçu Bahodir Nasimovun ölkəsinin mətbuatına verdiyi müsahibə ilə tanışsınız. Daha çox sizdən narazılığını dilə gətirib. Bildirib ki, oyunun sonuna 10 dəqiqə qalmış məni meydana buraxırdı və qol vurmağımı istəyirdi. Nasimovun fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...
- Heç bu barədə danışmağa dəyməz. Artıq gedib, ona uğurlar arzu edirəm. Nə deyib, özü bilsin, Allahı bilsin. Deyiləsi başqa sözüm yoxdur. Bitmiş bir şey haqda yenidən danışmaq istəmirəm.
- Nasimovun müsahibəsində diqqət çəkən məqamlardan biri də klubun prezidenti Zaur Axundovun sizin işinizə müdaxilə etdiyi və hətta heyəti müəyyənləşdirdiyi barədə söylədiyi fikirlərdir. Bununla bağlı nə deyə bilərsiniz?
- Mənim işimə heç kim qarışa bilməz. Qısaca deyim ki, bu, mümkün deyil. 6 aydır burdayam, istər klub prezidenti, istərsə də bir başqası, bir dəfə də olsun mənə deməyib ki, onu oynatma, bunu oynat. Ümumiyyətlə, heyətdə kimin oynayacağını belə məndən soruşmayıblar. Çünki məni tanıyırlar. İlk gündən sözümü demişəm ki, hansı klubda çalışmağımdan asılı olmayaraq, işimə müdaxilə olacağı halda çıxıb gedəcəyəm. Çünki bu, mənim işimdir, cavabdeh şəxs də özüməm. Məşqçi işi tamam başqadır. Biz bilirik ki, həftə ərzində hansı futbolçu yaxşı təsir bağışlayıb, hansı zədədən qayıdıb, hansı rəqibin taktiki gedişlərinin qarşısını ala biləcək gücdədir. İndiyə kimi nə eşitmişəm, nə də xəbər göndərən olub ki, filan futbolçu oynasın, filankəs oynamasın. Belə bir şey olsa, mən orda qalmaram.
- “Keşlə” hazırda 16 xalla 7-ci sırada qərarlaşıb. Klub rəhbərliyin bu vəziyyətə münasibəti necədir?
- Klub rəhbərliyi heç cür bundan razı qala bilməz. Hamı çalışır ki, komanda qara zolaqdan çıxsın. Bu gün normal mübarizə aparıb, normal yerlər uğrunda mübarizə aparmaq olar. Hələ şans itirilməyib. Amma elə şeylər ki, bu, nə klub rəhbərliyinin, nə də bizim əlimizdə olan məsələdir. Burada futbolçuların istəyinin də önəmi var. Bunu bir dəfə demişəm, mövsümün əvvəlində məğlubiyyətlər sıralandığından, o psixologiyanı aradan qaldıra bilmirik. Komanda 1-2 oyun normal çıxış edir, sonra yenə əvvəlki vəziyyətə qayıdır. Sabit oyun nümayiş etdirə bilmirik. Belədə isə təbii ki, heç bir klub rəhbəri razı qala bilməz. Klub rəhbərliyi tez-tez məşqlərə gəlir, futbolçularla, məşqçilərlə söhbətləri olur. Hər zaman dəstək olur, uşaqları həvəsləndirirlər. Çünki bu vəziyyətdən çıxmaq lazımdır.
- Bu tur doğma meydanda “Sabah” klubunu qəbul edəcəksiniz. Həmin oyunla bağlı da fikirlərinizi bilmək istərdim...
- Nəyin necə olacağını proqnoz verməyi xoşlamıram. Sadəcə olaraq, meydana 3 xal üçün çıxacağıq. Əsas fikrimiz budur. Gözəl oyun, əzmkarlıq göstərib, qələbə qazanmaq arzusundayıq. Necə olacağını 90 dəqiqə göstərəcək. Qalibiyyət üçün əlimizdən gələni edəcəyik.
Elnur SALAHOV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video