“Neftçi”nin sabiq hücumçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- “Neftçi”dən ayrıldıqdan sonra səndən xəbər-ətər yoxdu. Özünə yeni iş yeri tapa bilmisənmi?
- Yox, hələ özümə klub tapmamışam. Amma tezliklə bu boşluğu doldurmağa çalışıram.
- Ümumiyyətlə təkliflər, konkret danışıqlar apardığın komanda varmı?
- Konkret danışıqlar apardığım klub yoxdu. Amma bəzi dəvətlər var. Sadəcə, tələsmək istəmirəm. Bütün təklifləri lazımı şəkildə dəyərləndirib, son qərarımı verəcəyəm. Hər halda işsiz qalmayacağam.
- Maraqlıdı ki, son illər bəzi təcrübəli futbolçular paytaxtdan kənarda top qovmaqda maraqlı olmur, bölgə təmsilçilərində forma geymək istəmir. Sən də paytaxt klublarında oynamaq istəyirsən, yoxsa bölgədə də çıxış etməyə razısan?
- Mənim üçün paytaxt, bölgə amilinin elə də ciddi fərqi yoxdu. Əsas odur oynamağa komanda, futbol olsun. Bölgə klublarının da hansındansa sərfəli təklif gəlsə, bunu mütləq dəyərləndirərəm.
- Sərfəli təklif deyəndə, ancaq maliyyə məsələsini nəzərdə tutursan, yoxsa hansısa başqa amilləri?
- Futbolda maliyyə məsələsi heç də əsas rol oynamır. Futbolçu üçün daim meydanda olmaq, futbol oynamaq daha vacib şərtlərdəndi. Məsələn, “Neftçi”də normal maliyyə şərtləri olsa da, əsas heyətə düşə bilmirdim. Bu isə heç də ürəyimcə deyildi.
- Bəs, paytaxt klubunda uzun müddət ehtiyat oyunçular skamyasında əyləşməyinin səbəbi nə idi?
- Bildiyiniz kimi, uzun müddət zədə ucbatından yaşıl meydandan kənar qaldım. Təbii ki, bu, hazırlıq səviyyəmə də təsirsiz ötüşmədi. Oyun praktikasından əziyyət çəkirdim. Ona görə də, heyətə düşmək baxımından problemlərim olurdu ki, bu da ürəyimcə deyildi.
- İndi zədəni tam sağaltmısan?
- Hə, artıq heç bir problemim yoxdu. Sadəcə, dediyim kimi, oyun praktikasının azlığı problem yarada bilər ki, bu da zamanla düzələn şeydi. Yəni hansısa komandada az-az oynamaqla, bu boşluğu dolduracağıma əminəm.
- Zədən artıq sağalmışdısa və yenidən öz formanı bərpa etmək gücündə idinsə, onda niyə “Neftçi” rəhbərliyi səndən imtina etdi?
- “Neftçi” xalqın komandasıdı. Karyeramın sonuna kimi orda qala bilməzdim ki. Onlar yeni komanda formalaşdırırlar. Bildiyimə görə əsasən gəncləri komandaya cəlb edirlər, gəncləşdirmə siyasəti aparırlar. Mənim kimi xeyli sayda təcrübəli oyunçudan imtina etdilər. Yəni bunu hardasa normal qarşıladım.
- Baş məşqçi Arif Əsədovla aranızda hansısa problem vardı?
- Yox, nə problem ola bilərdi ki? Sadəcə, aramızda söhbət oldu. Mənə bildirdi ki, ciddi məqsədləri var və gənclərdən ibarət yeni komanda formalaşdırmaq istəyir. Mənim xidmətimdə isə maraqlı deyildi. Belədə istər-istəməz getməyi üstün tutdum.
- Yəni “Neftçi”dən halallıqla, heç bir narazılıq olmadan ayrıldın?
- Bəli, qarşılıqlı söhbətdən sonra yollarımızı ayırmağa qərar verdik. Hansısa narazılıqdan söhbət gedə bilməz. Düzdü, istərdim yenə bu komandada qalım, çıxışımı davam etdirim. Amma bir şey də var idi ki, orda əsas heyətə düşmək baxımından ciddi problemlər olurdu. Belədə bu komandadan ayrılmağımı hardasa özüm üçün də normal addım hesab edirəm.
- Sən “Neftçi”nin gəncləşdirmə siyasəti apardığını deyirsən, amma onların yeni transferlərinə diqqət yetirdikdə, heç də yerli uşaqlara və gənclərə üstünlük vermədiyinin şahidi oluruq. Məsələn, Rauf Mehdiyev, Slavko Georgiyevski kimi yenilərin yaşı 30-dan yuxarıdır…
- Vallah, bu artıq onların öz işləridir və mən bu haqda şərh vermək istəməzdim. Bizimlə söhbətlərində elə demişdilər. Artıq yerimizə kimləri gətirdikləri məni elə də ciddi maraqlandırmır. Yəqin düşünürlər ki, gənc oyunçuların yanında təcrübəlilərə də yer vermək lazımdı ki, onlardan nəsə götürsünlər. Rauf Mehdiyevə gəlincə, o, qapıçıdı. Qapıçı üçün də yaş amili o qədər də ciddi sayılmır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi