“Bakı”nın yeni baş məşqçisi Vinfrid Şefer klubun bazasında jurnalistlərə açıqlama verib. Qol.Az-ın məlumatına görə, əvvəlcə media nümayəndələrini salamlayan alman mütəxəssis komandasının Avroliqaya hazırlığından danışıb: “Məşqlər yüksək səviyyədə keçir, əhval-ruhiyyə əladır, heç bir problem yoxdur. Sabah hazırlığı başa vurub, şənbə günü Almaniyaya gedəcəyik. 15 gün ərzində komandamız yüksək səviyyədə hazırlaşacaq. Yoxlama oyunları keçirmək, heyəti gücləndirməyi planlaşdırmışıq. İnanıram ki, bunun Avroliqada uğur qazanmağamıza böyük faydası dəyəcək. İlk oyun, iyulun 15-dək komandamız tam hazır olacaq. Bakıya ayın 9-u qayıdacağıq”.
Təcrübəli məşqçi, Avroliqada rəqib “Buduçnost”u qiymətləndirib. Onun fikrincə, Çernoqoriya təmsilçisi səviyyəli komandadır: “Avrokuboklarda zəif rəqib olmur. Hər oyun ağır keçir. Bu gün futbol sürətli inkişafdadır. Gördüyünüz kimi, dünya çempionatında dünya çempionu İtaliya, Avropa çempionu İspaniya, İngiltərə kimi komandalar ciddi problemlərlə üzləşirlər. Ümid edirəm ki, biz yaxşı hazırlaşmaqla növbəti mərhələyə vəsiqə qazanacağıq. Bunun üçün meydanda döyüşmək lazımdır. Komandamdan razıyam”.
V.Şefer bildirib ki, komandaya yeni oyunçular cəlb olunacaq. Onun sözlərinə görə, menecerlər "Bakı"ya 100 futbolçu təklif edib: “Toqo milli komandasının vitse-kapitanı Dare Nibombeni transfer etmişik. Aparıcı oyunçulardan biridir, Rumıniyanın “Timişoara” klubunda çıxış edib. "Yuventus" və Avropanın digər güclü komandalarına qarşı oynayıb. Toqonun hazırkı kapitanı Adebayor millidən gedə bilər. Bundan sonra bizim oyunçu kapitan seçilə bilər. Bizə menecerlər tərəfindən 100-ə yaxın futbolçu təklif olunub. Ancaq optimal seçim etməyə çalışırıq. Komandamıza fayda verə biləcək futbolçular transfer olunacaq. Ən azı bir forvard mütləq heyətə cəlb ediləcək”.
Alman mütəxəssis bildirib ki, yeni mövsümdə “Bakı” ölkədaxili yarışda daha yaxşı nəticə, çempion olmaq üçün çalışacaq: "Bu klubda olduğum üçün özümü xoşbəxt sayıram. Komandanın hərtərəfli şəraiti var. Klub prezidenti Hafiz Məmmədova dərin təşəkkür edirəm. İnanıram ki, Avroliqa ilə yanaşı, ölkədaxili yarışlarda da uğurlu çıxışla yadda qalacağıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya