"Afrikalı hücumçudan cavab gözləyirik” – Aftandil Hacıyev

"Afrikalı hücumçudan cavab gözləyirik” –  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 28 Yanvar 2019 / 17:00 1861
-  A +

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev 2014-cü ildə “Rəvan”ın formasını geyinmiş hücumçu Oke Akpovetanı transfer etmələri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Gənc mütəxəssis Qol.az-a açıqlamasında futbolçu ilə danışdıqlarını təsdiqləyib. O, nigeriyalı hücumçudan xəbər gözlədiklərini söyləyib:

“Oke ilə danışığımız olub. Təklifimizə müsbət yanaşır. Ancaq hazırda ölkəsindədir. Ondan cavab gözləyirik. İndidən keçidinin həll olunduğunu demək olmaz. Çünki bəzi məsələlər var ki, onların həlli vaxt aparır”.

Hacıyev Emil Balayevin Qazaxıstan “Tobol”una keçidi haqda da danışıb: “Emilin məsələsi hələ rəsmiləşməyib. Tərəflər arasında razılıq olsa da, müqavilə imzalanmayıb. Emilin gedişindən sonra heyətə yeni qapıçı cəlb etmək istəyirik. Çox güman ki, əcnəbi olacaq. Axtarışlarımız davam edir. Əslində bizə bir deyil, iki qapıçı lazımdır. Ancaq qış fasiləsində müntəzəm meydana çıxan qapıçı tapmaq asan deyil. Çalışacağıq ki, çempionat başlayana kimi yeni oyunçuların transferini yekunlaşdıraq”.

Baş məşqçi müdafiə xəttini də gücləndirmək istədiklərini bildirib: “Müdafiəçi götürmək istəyirik, amma real bir şey yoxdur. Hələ ki, axtarırıq. Tapa bilsək, alacağıq. Olmasa, əlimizdəkilərlə oynamalı olacağıq”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner