Çumbinyo Azərbaycan klubuna təklif olundu

Çumbinyo Azərbaycan klubuna təklif olundu
ÖLKƏ FUTBOLU 28 Yanvar 2019 / 15:40 6428
-  A +

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Çumbinyo "Səbail"ə təklif olunub.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Gənc mütəxəssis bildirib ki, indiki məqamda braziliyalı futbolçunun xidmətində maraqlı olmadıqları üçün onunla danışıq aparmayıblar.

Qeyd edək ki, Çumbinyo 2013-2015 mövsümündə "Qarabağ"ın formasını geyinib. Onun son klubu Yunanıstan "Levadiakos"u olub. 32 yaşlı oyunçu qış fasiləsində sözügedən komandadan ayrılıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner