"Ailəm Kiyevdə yaşayır, amma son yarım ildə onlar tez-tez Azərbaycana uçmalı olurdular. Bir gün yoldaşım dedi ki, gəl, evimizə yaxın ölkəyə gedək. Elə alındı ki, "Qomel"dən gələn təklif hamının ürəyincə oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri qış fasiləsində "Sabah"dan göndərilən Vitali Kvaşuk deyib. Azərbaycandan ayrıldıqdan sonra Belarus təmsilçisi "Qomel"ə keçən ukraynalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında əvvəlcə ölkəmizdəki 6 aylıq karyerasından danışıb:
"Fiziki baxımdan hazır idim. Ancaq yaxşı yadımdadır, gecə saat 3-də təyyarədən düşəndə Bakıda havanın temperaturu təxminən 25 dərəcə idi. İqlimə uyğunlaşmaq üçün bir neçə həftə lazım oldu. Həmçinin yerli mentalitetə alışmaq üçün də vaxt lazım idi. Müşahidələrimə əsasən, deyə bilərəm ki, digər əcnəbilərlə müqayisədə, postsovet ölkələrindən olan insanların Azərbaycandakı həyat tərzinə uyğunlaşması bir az çətin olur".
25 yaşlı futbolçu Azərbaycan futbolunda güclü rəqabət olduğunu söyləyib: "Bir il öncə də karyeramı Azərbaycanda davam etdirmək variantı var idi. Həmin vaxt müəyyən səbəblərdən keçidim alınmadı. Amma nəticə etibarilə yayda bu ölkəyə getdim. Yerli çempionatın bir çox oyunlarına baxmışdım və deyə bilərəm ki, orada komandaların səviyyəsi ciddi dərəcədə yuxarıdır. Komandaların çoxunda yaxşı legionerlər çıxış edir. Onların sayəsində çempionatın səviyyəsi yüksəkdir və rəqabət inanılmaz dərəcədədir. Şadam ki, Marko Deviç kimi usta futbolçu ilə bir yerdə oynadım. Cəsarətlə deyə bilərəm ki, karyeramın bu mərhələsi mənə peşəkarlıq baxımından çox şey verdi".
Kvaşuk Azərbaycan və Belarus çempionatlarını da müqayisə edib: "Belarus futbolunda fiziki mübarizəyə üstünlük verilir. Komandalar tez-tez uzun ötürmələrdən istifadə edirlər. Azərbaycanda isə güc futboluna üstünlük verən elə də çox komanda yoxdur. Onlar qısa ötürmələrlə sürətli oyundan istifadə edirlər. Ola bilər ki, azərbaycanlı futbolçular taktiki hazırlıqda bir qədər geri qalırlar, amma texnikaları bu boşluğu sığortalayır".
Qeyd edək ki, Kvaşuk bu mövsümün əvvəlində "Sabah"a keçmişdi.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı