"Sumqayıt" toplanışa qələbə ilə yekun vurdu

"Sumqayıt" toplanışa qələbə ilə yekun vurdu
ÖLKƏ FUTBOLU 26 Yanvar 2019 / 18:50 4413
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün iki yoxlama oyunu keçirməli idi.

Qol.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası əvvəlcə Almaniya Regional Liqası təmsilçisi "Optik", daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşmalı idi.

İlk qarşılaşma əlverişsiz hava şəraiti ilə bağlı yarımçıq dayandırılıb. Komandalar ilk hissədən sonra matçı davam etdirməyəyə qərar veriblər. 45 dəqiqəlik görüşdə "Sumqayıt" 0:1 hesabı ilə uduzub.

İkinci oyun isə "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində qolları 24-cü dəqiqədə Yusif Nəbiyev və 63-cü dəqiqədə Ülvi İsgəndərov vurublar.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "Çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner