"Gələcəyim futbolla bağlıdır. Ancaq yeni komanda seçməkdə tələsmirəm. Bir klubun mənə təklif etməsini və razılaşmağımızı gözləyirəm".
Qol.az xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasından ayrılan Stanimir Stoilov deyib.
Adı millimizlə hallanan bolqarıstanlı mütəxəssis ölkəsinin "sportal.bg" saytına müsahibəsində bildirib ki, Azərbaycanda işləməsi də mümkündür: "Bu mərhələdə Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq dediyim kimi, tələsmirəm. Komanda olmadığı müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanmaq istəyirəm. Çünki orada texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq. Buna görə də futbolun son tendensiyaları ilə tanış olacam".
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2018-ci ilin martından Qazaxıstan millisini çalışdırırdı. O, “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klublarda da işləyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı