"Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi. Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm. Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi. Ancaq bundan daha yaxşı oynaya bilərdik".
Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunundan (0:0) sonra AFFA-nın saytına deyib.
"Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var”- deyə o bildirib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı