Dodo seçimini etdi

Dodo seçimini etdi
ÖLKƏ FUTBOLU 22 Yanvar 2019 / 11:52 7521
-  A +

Dodo "Qəbələ"nin təklifini qəbul etməyib.

Qol.az-ın xəbərinə görə, əyalət klubu braziliyalı yarımmüdafiəçini baxışa çağırsa da, o, Latviya "Liepaya"sını seçib. Bu barədə 31 yaşlı oyunçu "Feysbuk" səhifəsində məlumat verib. Antalyada çəkilmiş fotosunu paylaşan Dodo artıq klubun düşərgəsində olduğunu bildirib.

Qeyd edək ki, 2011-2016-cı illərdə "Qəbələ"nin formasını geyinən Dodo əyalət təmsilçisinə keçmək üçün birbaşa müqavilə tələb etmişdi. Klub rəhbərliyi isə bununla razılaşmamışdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner