Bir müddət öncə “Mançester Yunayted”dən istefaya göndərilən Joze Mourinyo “beİN Sports” telekanalına geniş müsahibəsində maraqlı fikirlər səsləndirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Çelsi"də işləyərkən 2004/2005 mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda UEFA nümayındələrini aldatdığını etiraf edib.
Qeyd edək ki, qitə futbol qurumu turnirin 1/8 finalının “Barselona” ilə cavab matçında (4:2) qeyri-etik hərəkətinə görə Mourinyonu diskvalifikasiya etmişdi. Belədə təcrübəli çalışdırıcı 1/4 final mərhələsinin “Bavariya” ilə hər iki oyununu buraxmalı idi. O, komanda ilə əlaqə saxlaya və paltardəyişmə otağına girə bilməzdi. Yalnız VİP-lojada əyləşməyinə icazə verilmişdi.
Londonda keçirilən ilk oyunda Mourinyonu tribunada görən olmadı. Əvəzində isə köməkçisi Ruy Fariyanın başındakı papaq diqqət çəkmişdi. Sonradan Britaniya mətbuatı onun qulağındakı qadağan olunmuş qulaqcığı gizlətmək üçün papaqda oturduğunu iddia etmişdi. Qapıçı məşqçisi Silvinyo Louro isə tez-te şübhəli şəkildə paltardəyişmə otağına qaçır və kağız parçaları ilə geri qayıdırdı.
“Çelsi” rəsmiləri və Mourinyo uzun müddət səylə bu məsələylə bağlı suallardan yayındılar. Nəhayət, Joze həmin gün olanları “beİN Sports”un canlı efirində açıqlayıb:
“Bəli, mən həqiqətən qutuda idim. Bu ideyanın ağlıma necə gəldiyini xatırlamıram. Oyunçularımla birlikdə olmalı idim və bunu etdim. Paltardəyişmə otağına təxminən gündüz saat 12-də gəldim. Oyun isə 19:00-dan tez başlamayacaqdı. Məni heç kim görmədi, paltardəyişmə otağında oturub, komandanın gəlməsini gözlədim.
Amma bir problem var idi: stadiondan necə çıxacaqdım? İnzibatçımız Stüart məni bu böyük metal qutuya qoydu. Qapağı isə bir az açıq saxladı ki, nəfəs ala bilim. Amma Stüart geyinib-soyunma otağından çıxdıqdan sonra UEFA nümayəndələri onun arxasınca getdilər. Onda o, qutunu tam bağladı. Nəfəs ala bilmirdim. Qapağı açanda isə az qala ölürdüm. Tam ciddiyəm".
Qeyd edək ki, həmin qarşılaşmada "Çelsi" "Bavariya"ya 4:2 hesabı ilə qalib gəlmişdi. Münhendə keçirilən cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, London klubu yarımfinala adlamışdı.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video