"Son illər Azərbaycan futbolunda bir çox planda irəliləyiş var. Orada tək futbola deyil, bütün idmana böyük sərmayə qoyulur”.
Qol.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit deyib.
Rumıniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Azərbaycandakı karyerasından da danışıb: "Son 7 ildə 7 stadion tikiblər. "Formula-1" üzrə Qran Piri Bakıda keçirilir. Azərbaycan inkişaf edən ölkədir, yaxşı pulları var. Təsadüfi deyil ki, onların klubları Avropa Liqası və Çempionlar Liqasının qruplarına yüksəlirlər. Məsələn, "Qarabağ" ötən mövsüm ÇL-də mənim sabiq klubum "Roma"ya qarşı oynadı. Onlar 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında uğurlar qazanırlar. Azərbaycan reallıqlarından təsriləndim”.
Hazırda doğulduğu Arad şəhərinin komandasında çıxış edən 36 yaşlı futbolçu formada qalmaq üçün 3-cü liqa klubunda oynadığını bildirib: "Bu gün 3-cü liqada sadəcə, qarın çıxarmamaq üçün oynayıram (gülür). Çünki artıq ailəmin yanındayam. Macarıstanla sərhəddəki doğma şəhərim Aradda yaşayıram. Komandanın bir hissəsi sayılıram".
Qeyd edək ki, Adrian Pit 2011-2014-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı