"Neftçi”nin müdafiəçisi Kirill Petrov klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, təlim-məşq toplanışını dəyərləndirən ukraynalı futbolçu sualları cavablandırıb.
- Toplanışın Bakıda keçirilmiş ilk mərhələsini də nəzərə alsaq, haradasa 10 gündür gündə iki məşqə çıxırsınız? Ağır deyil?
- Xeyr, normaldır. Bərpa oluna bilirik. Masajçılara təşəkkür edirəm, bizimlə əziyyət çəkirlər. Bakı toplanışı ilə müqayisədə burada məşqlərarası bərpaya daha çox vaxtımız qalır. Buna görə də heç bir problemimiz yoxdur. Bu müddət ərzində dözmək lazımdır. Sonra bundan asan olacaq.
- Bu toplanışda sizin üçün ən çətin olan nədir?
- Təkcə mənim üçün yox, fikrimcə, bütün futbolçular üçün ən çətini daim qaçmaqdır. Amma bunun öhdəsindən yaxşı gəlirik. İnanıram ki, bəhrəsini görəcəyik.
- Təlim-məşq toplanışı ərzində asudə vaxt az olur. Bununla belə, həmin vaxtı necə keçirirsiniz?
- Axşam yeməyindən sonra uşaqlarla "Playstation" oynayırıq və ya filmlərə baxırıq. Ukraynadan "Desna” komandası gəlib, bundan sonra az da olsa, oradakılarla da vaxt keçirməyə çalışacağam. Orada uzun müddətdir görmədiyim dostlarım var. Bəziləri ilə 6 yaşımdan birlikdə oynamışam. Danışmağa, xatırlamağa mövzular var.
- Müdafiə xəttinə yeni komanda yoldaşın gəlib. İndiyədək Mamadu Mbodjla çiyin-çiyinə oynamamısan. Necə düşünürsünüz, onunla birlikdə oynamaq maraqlı olacaq?
- Mamadu Mbodjla mən də oynaya bilərəm, Ruslan Abışov da oynaya bilər. Hazırda məşq prosesləri davam edir. Əvvəlcə əsas heyətdə oynamağa qadir olduğunu sübut etmək lazımdır.
- Qış fasiləsindən sonra ilk çempionat oyununuz "Qarabağ”la olacaq. Amma bunadək Antalyada sınaq matçlarınız var. Sabah komandanız hazırlıq çərçivəsində ilk yoxlama oyununu Rumıniyanın "Qaz Metan” klubuna qarşı keçirəcək...
- Bütün oyunlara olduğu kimi, "Qarabağ”la matça da ciddi hazırlaşacağıq. Çempionatın ikinci hissəsinə tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibdən asılı olmayaraq maksimum xal toplamağa çalışacağıq. Çünki, məsələn, "Qarabağ”ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər. Yoxlama görüşlərindən faydalanmaq lazımdır. Çempion olmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı