Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan "Səbail" bu gün ilk yoxlama oyununda Macarıstanın "Aqvital" klubuna 3:2 hesabı ilə qalib gəlib. Komandanın baş məşqçisi Aftandil Hacıyev matçdan sonra Qol.az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- Oyun necə keçdi, komandadan razı qaldınızmı?
- Hazırlığın ilk hissəsinə Bakıda başlamışdıq. Daha çox fiziki vəziyyəti yaxşılaşdırmağa fikir vermişdik. İndi də bunun üzərində dayanmışıq. Amma eyni zamanda yoxlama oyunları da keçirib, çempionat matçlarında hansı taktiki gedişlərə üstünlük verəcəyimizi müəyyənləşdiririk. Əsas futbolçuların yanaşmasından razı qaldım. Hər bir futbolçu oyuna ciddi yanaşır. Baxmayaraq ki, yoldaşlıq görüşləridir. İlk rəqibimizin bir qədər zəif olacağını gözləyirdik. Ancaq qarşımıza kifayət qədər layiqli rəqib çıxdı. Halbuki, Macarıstanın 1-ci divizionunda çıxış edirlər və üst sıralarda qərarlaşıblar. Oyunun maraqlı keçdiyini düşünürəm. İki qol buraxmağımız bizi müdafiədəki bəzi səhvlərimizin üzərində dayanmağa məcbur edəcək. Çempionatda az qol vururuq. Bu gün rəqib qapısından 3 qol keçirdik. Bu da hücum oyunu ilə meydana çıxmağımızın nəticəsidir. Bu məqamlara daha çox fikir verəcəyik.
- Müdafiədə bəzi səhvlər olduğunu, eyni zamanda çempionatda daha az qol vurduğunuzu bildirdiniz. Bu mövqeləri gücləndirməyi düşünürsünüzmü?
- Müdafiədə səhvlərin olmağı normal idi. Çünki hər iki hissədə fərqli heyətlə oynamalı olduq. Əlavə olaraq, futbolçuların bəziləri də komandaya gec qoşulub. Bunların hamısını nəzərə alsaq, səhvlərin olması normaldır. Amma dediyiniz kimi, mövqeləri gücləndirməyə ehtiyacımız var. İstəyərdik ki, heyətə bir müdafiəçi də cəlb edək. İstədiyimiz kimi futbolçu tapa bilsək, transfer edəcəyik, tapa bilməsək də əlimizdə olan futbolçularla davam edəcəyik. Elvin Yunuszadənin komandaya qoşulması da müdafiəmizə xeyir verəcək.
- İstədiyiniz futbolçu kimdir? Yerli, yoxsa əcnəbidirmi?
- Müdafiəçidən söhbət gedirsə, əlbəttə, yerli futbolçu istəyərik. Amma hazırda bəyəndiyimiz futbolçuların komandalarıyla müqavilələri davam edir. Ona görə legionerlərin axtarışına üz tutmuşuq. Amma axtarışımız necə nəticələnəcək, bunu zaman göstərəcək. Çünki qışda istədiyin futbolçunu tapmaq çətindir.
Komandaya minimum və maksimum neçə futbolçu cəlb etmək istəyirsiniz?
- Minimum 2, maksimum 3. Hücuma, müdafiəyə və orta xəttə futbolçu lazımdır.
- Bugünkü oyunla komanda qarşına qoyduğu Avrokuboklar hədəfinə çata bilərmi? Yəni, hazırda komanda istədiyiniz gücdədir?
- Çempionatın əvvəlində hədəfimiz Avropaya getmək deyildi, sadəcə çempionatda möhkəmlənmək idi. Ancaq qərarlaşdığımız pillə bizdə həvəs, istək yaradır ki, sona qədər mübarizə aparıb, Avrokuboklara vəsiqə qazanaq. Bugünkü oyun hədəfimizə çatmağa kifayət etmir. Oyunumuzu artırmalıyıq, çünki çempionatdakı rəqiblərimiz olduqca güclüdür. Təkcə “Qəbələ”ni desəm, bəs edər. Avropa arenasında bizdən təcrübəli və keyfiyyətli futbolçulara sahibdirlər. Mən demirəm, bizdə keyfiyyətsizdir. Sadəcə, biz yeni formalaşan komandayıq, onlar isə oturuşmuş heyətə malikdirlər. “Qəbələ”dən başqa “Sumqayıt”, “Keşlə” və “Zirə”ni də misal çəkə bilərəm. Hansı ki, hər biri bu gün Avropa iddialarını ortaya qoya bilərlər. İşimiz olduqca çətindir, amma oyunumuzda təkmilləşəcək çox şeylər var.
- Müəyyən klublar maliyyə cəhətdən problemlər yaşayır. Bu mənada “Səbail”də vəziyyət nə yerdədir?
- Problem deməzdim, sadəcə, klubların büdcələri fərqli ola bilər. Bizim də özümüzə görə büdcəmiz var, ona görə hərəkət etməyə çalışırıq. Bəzən bu büdcəni kimlərsə şişirdir, olmayan büdcəni açıqlayırlar. Bizim müəyyən büdcəmiz var. Çalışırıq ki, bu büdcəyə uyğun komandamızı quraq.
- Yəni, büdcənizi bizim Premyer liqa üçün yetərli hesab edirsiniz də, elə?
- Baxır, hədəf nədir. Əgər hədəf yüksəkdirsə, əlbəttə ki, daha da artmalıdır. Bizim hədəfimiz möhkəmlənmək, daha da inkişaf etməkdirsə, bugünkü büdcə bizə kifayət edir.
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video