“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu. Həm fiziki, həm də psixoloji cəhətdən yaxşı istirahət etdim. Bu da ikinci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin Ürfan Abbasov klubun saytına açıqlamasında deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən futbolçu Bakıdakı hazırlıqdan da danışıb:
"Toplanışa gəlincə, öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi".
Ü.Abbasov Antalya toplanışının yüksək səviyyədə təşkil olunduğunu söyləyib: "Üç gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, ikinci yarıya tam hazır olacağıq”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı