“Qarabağ”dan ayrılaraq “Sabah”a transfer olunan Coşqun Diniyev "Report"a müsahibə verib.
23 yaşlı dayaq yarımmüdafiəçi əvvəlcə qərarını izah edib.
- “Qarabağ”dan getmək öz qərarımdır. Çünki son vaxtlar az oynayırdım və ehtiyatda daha çox qalırdım. Daim oynamalı olduğum bir yaşdayam. “Qarabağ”da ehtiyatda oturmaqdansa, başqa komandada oynamaq daha məqsədəuyğundur. Klub rəhbərliyi ilə danışdım və davamlı oynaya biləcəyim bir yerə getmək istədiyimi söylədim. Onlar da məni anlayışla qarşıladılar və qarşılıqlı razılaşma əsasında ayrıldım”.
- 2015-ci ilin iyunundan başlayan “Qarabağ” karyeranızı necə dəyərləndirirsiniz?
- Futbolçu karyeramın ən gözəl illərini “Qarabağ”da keçirmişəm. Orada baş məşqçimiz Qurban Qurbanov, kapitanımız Rəşad Sadıqov və digər komanda yoldaşlarımdan çox şey öyrəndim. Komanda ilə çempionluqlar yaşadım, Avropa Liqası və Çempionlar Liqasında böyük təcrübə qazandım. Orada mənə verilən dəstəyi hər zaman hiss etmişəm. Təəssüf ki, oynamaq üçün az şansım oldu. Bəlkədə, bunun da əsas səbəbkarı mənəm, istənilən formada olmamışam. Amma yenə deyirəm, futbolçu daim oynadıqda yaxşı forma toplayır. Ona görə də belə bir addım atdım. Bütün futbol ictimaiyyətinə görmək istədikləri Coşqunu göstərmək üçün “Sabah”a keçdim.
- Niyə məhz “Sabah”?
- İki-üç təklifim vardı. Amma “Sabah”ın adını eşidən kimi bütün fikrim bu kluba yönəldi. Çünki komandanın baş məşqçisi Elşad Əhmədovla bir neçə il öncə “İnter”də birgə çalışmışam. “Sabah”a gəlməyimdə başlıca səbəb baş məçqçi oldu. Həqiqətən də, onunla işləmək mənim üçün çox xoşdur. Transfer reallaşmamışdan qabaq klub rəhbərliyi ilə danışdıq. Onların klubun qarşısına qoyduqları missiya, gələcəyə dair planları məni cəlb etdi. Gələcək üçün yaxşı komanda qurmaq istəyirlər. Bütün bunları nəzərə alıb, “Sabah”la razılaşdım.
- Qardaşınız Kərim Diniyevlə ilk dəfə komanda yoldaşı olacaqsınız. Seçiminizdə bu amil də rol oynadı?
- İlk dəfə bir yerdə oynayacağımız üçün çox sevinirəm. Amma yenə də deyirəm, ilk növbədə, Elşad Əhmədov və klub rəhbərliyi ilə danışığım həlledici oldu. Qardaşımın bura gəlməyimdə rolu yoxdur. Amma belə alındığı üçün şadam.
- UEFA-nın tələbinə əsasən, “Sabah”ın fəaliyyətinin 3 ili tamam olmadığına görə 2019/2020 mövsümündə avrokubokda iştirak edə bilməz. Bu amil seçim edən zaman tərəddüt etməyinizə səbəb olmadı ki?
- Bunu əvvəldən bilirdim, “Sabah” yeni klubdur. Bütün məsələləri götür-qoy edəndən sonra razılaşmışam. Əsas komandanın gələcəyidir. Gələn mövsüm avrokuboka vəsiqə uğrundan mübarizə aparacaq “Sabah”da olmaq mənim üçün bir şərəfdir.
- “Sabah” sizdən əvvəl qış fasiləsində Rəşad Eyubov və Təmkin Xəlilzadəni transfer edib. Həmçinin ötən mövsümün ən yaxşılarından olan Cavid İmamverdiyev buradadır...
- Bəli, “Sabah” bir sıra güclü yerli oyunçular transfer edib. Bu da komandanın hədəflərindən xəbər verir. Çalışacağıq ki, hamının çəkindiyi bir rəqib olaq. Növbəti mövsüm hər kəs tamam başqa “Sabah” görəcək.
- Atanız Şahin Diniyevin “Sabah”a keçidinizə münasibəti necə oldu?
- Qərar verərkən atamla məsləhətləşdim. O da “Sabah”a keçməyi məsləhət gördü.
- “Sabah” keçməklə daha çox oynamağı nisbətən az qazanmaqdan üstün tutmuş oldunuz?
- Əmək haqqı barədə danışmaq istəməzdim. Əlbəttə, hər bir klubda maaşın məbləği arasında fərq olur. Mənim üçün bu yaşda oynamaq puldan önəmlidir. Pulu üstün tutsaydım, “Qarabağ”da ehtiyatda oturmağı qəbul edərdim.
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər