“Qarabağ”ın qapıçısı Hannes Halldorssonun Ağdam klubunda ehtiyatda qalması İslandiya millisinin baş məşqçisi Erik Hamreni narahat edir.
Qol.az-ın “futbolti.net” saytına istinadən yaydığı xəbərə görə, isveçli mütəxəssis 34 yaşlı qolkiperin yenidən özünə əsas heyətdə yer tapmalı olduğunu bildirib. 61 yaşlı çalışdırıcı yığmanın digər qapıçısı, “Dijon”da çıxış edən Aleks Runnarssonla bağlı da narahatlığını dilə gətirib:
“İndiki məqamda xoşbəxt deyiləm, çünki Halldorsson bir müddətdir oynamır. Aleks də son oyunlarda ehtiyatda qalır. Ümid edirəm ki, onlarla bağlı vəziyyət dəyişəcək. Çünki hər ikisi milli komanda üçün vacib oyunçulardır və daim meydanda olmalıdırlar. Yeni ilə qədər ehtiyatda bir az çox oturdular. İnanıram ki, oynamağa başlayacaqlar. Yığmanın baş məşqçisi bununla bağlı heç nə edə bilməz. Mövcud vəziyyətdə ən doğrusu düzgün seçim etməkdir. Ümidvaram ki, bütün futbolçularımız daha çox oyun təcrübəsi qazanacaqlar”.
Qeyd edək ki, Halldorsson bu mövsümün əvvəlində Danimarkanın “Randers” klubundan “Qarabağ”a keçib. O, sonuncu dəfə ötən ilin noyabr ayında Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Sportinq”lə Bakıdakı oyununda (1:6) Ağdam klubunun qapısını qoruyub. Qurban Qurbanov həmin görüşdə kobud səhvlər edən Halldorssona indiyədək şans verməyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı