"Zirə" üçün "Vorskla" və daha iki rəqib

"Zirə" üçün "Vorskla" və daha iki rəqib
ÖLKƏ FUTBOLU 14 Yanvar 2019 / 11:22 1251
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib.

Qol.az-ın klubun rısi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq.

Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner