AFFA bu gün U-21 milli komandasına Milan Obradoviçin gətirildiyini açıqlayıb. 41 yaşlı bu serbin məşqçi kimi ciddi uğuru olmadığı halda ölkə futbolunun ən strateji komandalarından birinə təyin edilməsi təəccüb doğurmaya bilməz.
Əvvəla ondan başlayaq ki, Obradoviç cəmi 4 il əvvəl məşqçiliyə başlayıb. Yəni zəngin təcrübəsi yoxdur. Digər tərəfdən bir komandada uzun müddət fəaliyyət də göstərməyib. Hətta öz ölkəsi Serbiyada o, bir il ərzində (2017) düz üç komandada çalışıb – U-19, U-20 və U-17. Sonra Serbiya A millisinə baş məşqçinin köməkçisi təyin olunub və Azərbaycana gələnə qədər də orda işləyib. Baş məşqçi kimi klubda fəaliyyəti isə ("Koper", Sloveniya) 2015/16 və 2016/17 mövsümünə təsadüf edir və orda da fəaliyyəti qısamüddətli olub.
Elə isə Obradoviç hansı zururətdən milliyə gətirilib? Bu seçim zamanı AFFA rəhbərliyi qurumun Məşqçilər Komitəsinin rəyini nəzərə alıbmı? Komitənin tərkibində Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şahin Diniyev kimi təcrübəsi olan məşqçilər var. Onların, eləcə də komitənin digər iki üzvü Şakir Qəribov və Yaşar Vahabzadəni bu təyinata səmimi şəkildə isti yanaşdıqları şübhə doğurur. Onlar ya Obradoviçin namizədliyinin əleyhinə olublar, ya AFFA rəhbərliyinin fikrinə qarşı getməyiblər (oxu: gedə bilməyiblər), ya da qurumun rəhbərliyi ümumiyyətlə, Məşqçilər Komitəsi ilə məsləhətləşməyib və mediadakı açıqlamalarının əksinə olaraq, sadəcə öz bildiklərini edib. Böyük ehtimalla Məşqçilər Komitəsinin rəyi AFFA üçün heç bir əhəmiyyət daşımır və nə vaxtsa da daşımayıb. Amma qərarı kim verirsə versin, bu təyinatın Azərbaycan futbolunun xeyrinə olacağını düşünmək sadəlövhlük olar. Obradoviçin məşqçilik təcrübəsinin azlığı, yerli futbolçuları tanımaması, bizim futbol mentalitetindən tamamilə uzaq olması gələcəkdə onsuz da bərbad durumda olan futbolumuza daha bir zərbə vura bilər. O, bizdə ən yaxşı halda köməkçi məşqçi kimi çalışa bilərdi. Amma təbii ki, qərar veriləndə AFFA üçün Obradoviçin faktiki olaraq, heç bir nəticəsi olmaması önəm daşımayıb və böyük ehtimalla, bu məsələdə futbol menecerləri ilə federasiyanın gizli işbirliyi mühüm rol oynayıb.
Ümumiyyətlə, Obradoviç kimilərindənsə milliyə məhz yerli mütəxəssislərdən birinin təyinatı daha yaxşı olardı. Məsələn, işsiz olan neçə-neçə məşqçimizdən birinin. Amma bu təyinat bir daha sübut edir ki, AFFA-da qərarverici insanlar üçün futboldakı problemlərin həlli deyil, şəxsi maraqlar daha ön plandadı.
Millidə bu vəzifəni daha əvvəl tutmuş Rəşad Sadıqov Azərbaycan futbolundakı problemlərə ən çox bələd olan və onun aradan qaldırılması istiqamətində səy göstərən şəxslərdən biri idi. Amma acı bir gerçəklik də var ki, futbol federasiyası bu problemi həll etmək istəyənləri özləri üçün problem görür. Elə buna görə də tezliklə R.Sadıqov da daxil olmaqla, yerli mütəxəssislər millidən qovuldu. Və indi gözlənilənlər baş verir – gələcəkdə bəlkə yaxşı məşqçi olacaq yerli mütəxəssislərin karyerasına elə ilk gündən ağır zərbə vurulur, milli komandalar isə futbolumuzda faydası olmayacaq və bura ancaq pul dalınca gələn əcnəbilərə tapşırılır.
Aydın BAĞIROV
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi