"Sabah"ın baş məşqçisi Elşad Əhmədov komandasının qış toplanışı barədə fikirlərini bildirib.
Qol.az-ın məlumatına görə, klubun rəsmi "Youtube" kanalına danışan mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib:
"Yanvar ayının 2-dən Antalyada təlim-məşq toplanışına yığışmışıq. Hazırlığımız planlı şəkildə davam edir. İki gün hava yağışlı oldu, amma sonradan düzəldi. Ayın 12-nə kimi daha çox fiziki hazırlıq məşqləri üzərində işləyəcəyik. Bundan sonra isə oyunlarımız olacaq".
"Sabah" 3 həftəlik toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən 3-ü artıq bilinir. Debütant yanvarın 12-də Türkiyənin"Əskişəhərspor", 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Əhmədov rəqib seçimini bu cür izah edib: "Dörd rəqibimizdən üçü dəqiqləşib, ayın 22-dəki komanda barədə isə tam qərar verilməyib. Hər ölkədən bir klubla qarşılaşmaq istəyirik. Ona görə bu cür rəqiblər seçdik. Çalışırıq ki, 4-cü komanda da başqa bir ölkədən olsun. İlk rəqib olaraq, Türkiyənin birinci liqasında oynayan "Əskişəhərspor"u seçdik. Getdikcə daha yaxşı komandalarla qarşılaşıb, öz gücümüzü bilmək istəyirik".
Qış fasiləsində heyətə cəlb edilən Rəşad Eyyubov və Təmkin Xəlilzadə barədə də dasnışan Əhmədov onların komandaya xeyir verəcəyinə inandığını söyləyib: "Hələ ki, 2 yerli futbolçu transfer etmişik. Hər ikisi komandaya rəng qatacaq oyunçulardır. Cəmi 8 gündür komanda ilə bir yerdə olmalarına baxmayaraq, yaxşı uyğunlaşdılar. Belə götürəndə, bir-birilərini tanıyan uşaqlardır. Ümid edirəm ki, hər ikisi komandamıza xeyir verəcək".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı