Dodonun “Qəbələ”yə keçidi alınmaya bilər.
Bu barədə Qol.az-a açıqlamasında braziliyalı futbolçu özü məlumat verib. O bildirib ki, klubdan ona müqavilə təklif olunmadığı üçün hələ də komandanın düşərgəsinə qoşulmayıb:
“Yenidən “Qəbələ”də oynamaq istəyirəm. Amma bunun üçün onlar mənə müqavilə təklif etməli, eyni zamanda komandanın Antalya hazırlığına qoşulmağam təyyarə bileti göndərməlidirlər. Bunların isə heç biri olmadığından komandanın düşərgəsinə qoşula bilmədim”.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov isə Qol.az-a deyib ki, Dodonun transfer məsələsi hələ açıq qalır: “Biz Dodoya öz sözümüzü demişik. Onun baxışa dəvət etmişik. Futbolçu isə bizdən müqavilə tələb edir. Ancaq onun hazırkı fiziki durumundan xəbərsiz olduğumuz üçün belə bir şey mümkünsüzdür. Digər tərəfdən, Dodonun Latviya klubundan da təklifi olduğu üçün qərar verməkdə tələsmir”.
Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında oynayıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı