Hazırda Qazaxıstanın “Astana” klubuna məxsus olan Riçard Almeydanın “Qarabağ”a keçəcəyi barədə növbəti xəbərlər yayılıb.
Bu transferlə bağlı danışıqların başlaması haqda ilk məlumat hələ ötən ayın 20-də Qol.az-da yayımlanmışdı. Həmin xəbərdə qeyd olunurdu ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almeydanın komandasına qayıtmasına razılıq verib. Bundan sonra isə 29 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv etmək üçün “Astana” ilə danışıqlara başlayıb.
Bu arada məşhur Transfermarkt saytı millimizin futbolçusunu “Qarabağ”ın oyunçusu kimi göstərib. Həmin məlumatda onun “Qarabağ”la müqaviləsinin 2021-ci ilin yayına kimi müqavilə bağladığı qeyd olunub. Lakin Qol.az-ın əldə etdiyi son xəbərə görə, tərəflər arasında müqavilə imzalanmayıb. Amma danışıqlar son mərhələdədir. Hətta yaxın 1-2 günə millimizin yarımmüdafiəçisinin “Qarabağ”a keçidi ilə bağlı məsələyə qəti aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, hazırda “Astana” klubu maddi tərəfdən sıxıntılar çəkir. Ona görə də klubun bahalı futbolçuları, o cümlədən Almeyda ilə yolları ayırmağa etiraz etmədiyi bildirilir. Braziliyalı milliləşdirilmiş oyunçunun qazaxlarla müqaviləni qarşılıqlı şəkildə ləğv etmək və Ağdam klubuna azad agent olaraq qayıtmaq istədiyi iddia edilir. Bu o deməkdir ki, transfer baş tutacağı halda “Qarabağ” qarşı tərəfə maddi təzminat ödəməyəcək.
Hər iki klubun rəsmiləri hələlik bu danışıqlarala bağlı rəsmi açıqlama verməyiblər. Amma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son müsahibəsində bildirib ki, “Əgər Almeydanın dönüşü üçün şərtlər bizə uyğun olsa, onu komandada görmək istəyərik”.
Baş məşqçi Almeydanın qış transfer pəncərəsində “Qarabağ”a qayıdışını mümkün sayıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı