"Keşlə"nin yarımmüdafiəçisi Vaqif Cavadovun müsahibəsi
- "Keşlə"dən hələ ayrılmamısınız?
- Xeyr. Hazırda "Keşlə"nin futbolçusuyam.
- Ancaq rəhbərlik sizi komandada görmək fikrində deyil. Bununla bağlı onlardan xəbərdalıq almısınızmı?
- Bəli, yeni klub tapmağım istənilib. Ancaq hələlik konkret bir şey yoxdur.
- Başqa təklif yoxdur?
- Mən hələ "Keşlə"dən cavab gözləyirəm. Həm maliyyə, həm də digər məsələlər var ki, onları həll etməliyəm. Yeni klubla bağlı problem yoxdur.
- Maliyyə deyəndə, yəqin ki, qalan 6 ayın təzminatını nəzərdə tutursunuz?
- Əlbəttə, bu, avtomatik olmalıdır. Ancaq əsas transfer vərəqəmi klubdan almaqdı.
- Dediniz ki, yeni klubla bağlı problem yoxdur. Özünüzə komanda tapmısınız?
- Əlbəttə. Hər bir futbolçu belə hallara hazır olmalıdır.
- Karyeranızı ölkə daxilində davam etdirəcəksiniz?
- Hazırda müqavilə ilə "Keşlə"yə məxsus olduğum üçün ad çəkə bilmərəm. Bəlkə elə "Keşlə"də qaldım. O ki qaldı sualınıza, bəli, ölkə daxili ola bilər.
- Ümumiyyətlə, "Keşlə"də oyununuzun alınmamasının səbəbini nədə görürsünüz?
- Yenə oyunum alınmayıb? Ölkə kubokunu qazananda, ondan əvvəlki matçlarda niyə belə suallar vermədiniz?
- Fakt odur ki, bu mövsüm nə Mladen Milinkoviç, nə də Tərlan Əhmədov sizə güvəndi...
- Mənim necə oynadığımın sübutu kubokun finalına qədər keçirilən oyunlar və finaldır. Problem sırf baş məşqçidə və bəzi insanlardadır. Amma onların adını çəkə bilmərəm. Təbii ki, əsas cavabdeh baş məşqçidir.
- Milinkoviç və Əhmədov sizə o qədər də şans vermədi. Onlarla bu barədə söhbətiniz olubmu?
- Maksimov mənə güvəndi, nəticəsini də gördük. Onun rəhbərliyi altında kuboku qazandıq. Həmin vaxta qədər də hamı bizdən danışırdı. Mənim baş məşqçi ilə nə söhbətim olmalıdı ki? İstəsələr, oynadarlar. Hər kəsin fərqli yanaşma tərzi var. Maksimov da yeni gələndə oynatmırdı. Ancaq ikinci dövrənin bütün matçlarında çıxış etdim və kifayət qədər də uğurlu alındı. Üstəlik, həmin görüşlərin heç birində məğlub olmadıq.
- Tərlan Əhmədov cəmi 2 aydır "Keşlə"yə rəhbərlik edir. Hansı durumda olduğunuzu görmək üçün elə çox vaxtı da olmayıb. Belə qısa müddətdə sizi niyə komandasında görmək istəmir?
- Bu sualı ona versəniz, daha yaxşı olar. Hansı durumda olduğumu necə bilmir? Məni tanımır ki? AZAL-a məni Tərlan müəllim dəvət etmişdi. Orda ona kömək etmişəm. İndi də kömək etməkdə bir problem yoxdur.
- Ancaq fakt sizi indi istəmir...
- Bu, onun fikridir. Mənə də çox maraqlıdır. Nə edə bilərəm? Həyat davam edir.
- Komandanızı dəyişsəniz, baş məşqçi ilə daha çox oynamaq barədə söhbətiniz olacaqmı?
- Xeyr, mən heç vaxt belə söhbət etməmişəm. Bu cür şərt qoyanlar ya qorxur, ya da nəsə güdürlər.
- Yəni özünüzə arxayınsınız və düşünürsünüz ki, yaxşı formadasınız?
- 3-4 ay futbol oynamadım, hamı mənim adımı çəkirdi. Vaqif gəldi, komandasına kömək elədi, kuboku qazandırdı. Qısa müddətdə vitse-kapitan oldum. Problem ondadı ki, son vaxtlar az oynayıram. Amma fiziki və ya başqa cəhətdən heç bir problem yoxdu. Bir neçə ay əvvəl komandama kuboku qazanmağa kömək etmişəm, "Neftçi"yə, "Qarabağ"a qarşı yaxşı oyunlar keçirmişəm. Qısa müddətdə fiziki və ya oyun praktikası baxımdan problem yarana bilməz axı.
- Belə çıxır ki, oynamamağınızda kənar təsirlər var?
- Bu, mənə də qaranlıq qalır. Açığı, mənə də belə gəlir. Düşünürəm, səbəbini axtarıram. Amma nəyisə sübut etmək çətindir.
Mənbə: matc.az
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov