“Neftçi”nin kapitanı Ruslan Abışov komanda ilə məşqlərə başlayıb.
Klubdan Qol.az-a verilən məlumatına görə, dizindəki zədə səbəbindən uzun müddət yaşıl meydandan kənarda qalan və noyabrın sonlarından etibarən fərdi qaydada məşq edən müdafiəçi bu gün ümumi hazırlıqda iştirak edib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyununda (0:4) zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı. Bundan sonra o, əməliyyat olunmuşdu.
Qeyd edək ki, bu gün istirahəti başa vuran “Neftçi” məşqləri bərpa edib. “Ağ-qaralar”ın Bakıdakı təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq. Yanvarın 13-dən 27-dək Antalyada hazırlıq keçəcək "Neftçi” 3 yoxlama oyunu keçirəcək. Komanda ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı