“Qəbələ” bu gün 2018/19 mövsümünün ikinci yarısının hazırlıqlarına start verəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan kubokunun dekabrın 20-də keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gələcək.
16 günlük fasilədən sonra toplaşacaq komanda “Bakı”nın təlim-məşq bazasında yığışacaq. Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq məşq prosesi ilə mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.
“Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qırmızı-qaralar” yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq. “Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı