"Neftçi"dən Karikari və Monroz açıqlaması

"Neftçi"dən Karikari və Monroz açıqlaması
ÖLKƏ FUTBOLU 5 Yanvar 2019 / 13:04 5171
-  A +

"Neftçi" Kvame Karikarinin göndərilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Qol.az-a açıqlamasında qanalı forvardın "ağ-qaralar"a məxsus olduğunu və heç yerə getmədiyini söyləyib:

"Karikari hazırda "Neftçi"nin futbolçusudur və heç yerə getməyib. Hələlik konkret bir şey olmadığından, rəsmi heç nə deyə bilmərəm".

R. Allahverdiyev adı "Neftçi" ilə hallanan "Qəbələ"nin hücumçusu Stiven Monrozun məsələsinə də aydınlıq gətirib. O, klub tərəfindən fransalı futbolçuya heç bir təklif göndərilmədiyini bildirib.

Qeyd edək ki, Monrozun "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Daha çox


Son xəbərlər
topaz banner