"Sabah"da afrikalı hücumçu

"Sabah"da afrikalı hücumçu
ÖLKƏ FUTBOLU 5 Yanvar 2019 / 11:01 3742
-  A +

Qış toplanışını Antalyada keçirən "Sabah"ın düşərgəsinə yeni futbolçu qoşulub.

Qol.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu anqolalı hücumçu Aleksandr Kristavaonu baxışa çağırıb. 25 yaşlı forvard yoxlama oyunlarında sınaqdan keçiriləcək. Əgər onu çıxışı məşqçilər korpusunu razı salsa, afrikalı futbolçu ilə müqavilə bağlanacaq.

Qeyd edək ki, Hollandiyanın birinci divizion təmsilçiləri "Qroningen" və "Kambur" kimi klublarda çıxış etmiş Kristavaonun son komandası Polşa "Zaqlembe"si olub. O, Sosnovets təmsilçisində keçirdiyi 12 oyunda 1 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner