"Qarabağ"ın futbolçusu Donald Geryenin karyerasını İngiltərə davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.
Qol.az-ın məlumatına görə, bu iddia ilə futbolçunun vətəni Haitinin mətbuatı çıxış edib.
Bildirilir ki, 29 yaşlı futbolçu ilə "Lester" və “Brayton” maraqlanır. Onun gələn həftə danışıqlar üçün İngiltərə gedəcəyi qeyd olunub. Tərəflər arasında razılıq əldə edildiyi, hətta Premyer Liqa təmsilçisinin Gerye üçün "Qarabağ"a 5 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Maraqlıdır ki, yayılan xəbərdən sonra Gerye "Lester" klubunun rəsmi "İnstaqram" səhifəsini izləməyə başlayıb.
Qeyd edək ki, bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi bilinmir. Amma Haiti mətbuatının davamlı olaraq bu xəbərləri tirajlaması, eləcə də futbolçunun adından Londona getməyə hazırlaşması haqda açıqlama yayılması Geryenin “Qarabağ”dan gedəcəyini istisna etmir.
Qol.az-ın əldə etdiyi xəbərə görə isə, Geryenin Ağdam klubu ilə 2020-ci ilin yayına kimi müqavilə olduğundan o, sərbəst qaydada heç bir komandaya keçə bilməz. Bu transferə görə “Qarabağ”a təzminat ödənməlidir. Kluba yaxın mənbələrdən Qol.az-a bəlli olub ki, rəsmi təklif olsa, “Qarabağ” Gerye ilə elə qış transferi pəncərəsində yolları ayıracaq. Amma indi bununla bağlı Ağdam klubuna rəsmi müraciətin olmadığı bildirilib.
Digər məlumata görə, Haiti mətbuatının 5 milyon avroluq təklif iddiası da real deyil. Çünki Geryenin real bazar qiyməti göstərilən məbləğdən bir neçə dəfə azdır.
Qeyd edək ki, Haiti millisinin üzvü 2017-ci ilin yayından "Qarabağ"da çıxış edir.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı