Nazarov məşq edə bilmir

Nazarov məşq edə bilmir
ÖLKƏ FUTBOLU 4 Yanvar 2019 / 14:35 2106
-  A +

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” mövsümün ikinci yarısı üçün  hazırlıqlara başlayıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddətdir ayağındakı zədədən əziyyət çəkən Nazarov məşqlərdə iştirak etmir.

Hazırlıq prosesinin startına qədər zədəsini sağalda bilməyən 28 yaşlı yarımmüdafiəçinin tezliklə komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Bələk şəhərindəki təlim-məşq toplanışına yanvarın 7-də başlayacaq  2-ci Bundesliqa təmsilçisi ilk yoxlama oyununu yanvarın 9-da “Halleşer”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner