"Bild" nəşri millimizin və "Proyssen"in futbolçusu Rüfət Dadaşovla bağlı yazı dərc edib.
Qol.az-ın məlumatına görə, "Rüfət "Proyssen"i qaldırmaq istəyir" başlıqlı yazıda 27 yaşlı hücumçunun Abu-Dabidəki iki həftəlik istirahətini tamamlayaraq, Münsterə qayıtdığı vurğulanıb. Millimizin oyunçusunun ideal formada və ikinci dövrəyə daha hazır olduğu bildirilib. Onun komanda ilə məşqlərə başlayacağı qeyd olunub.
7 qolla 3-cü bundesliqa təmsilçisinin bombardiri olan R.Dadaşov da ikinci dövrəyə hazır olduğunu təsdiqləyib: "Fasilə ikinci dövrə üçün gücümü bərpa etməyə çox kömək etdi. İkinci dövrəyə tam hazıram. Zədədən sonra bərpa dönəmi önəmli idi. İndi tanklar yenidən doludur".
Qeyd edək ki, R.Dadaşov "Proyssen"də son qolunu noyabrın 11-i vurub.
Xatırladaq ki. R.Dadaşov zədə səbəbindən komandasının son 4 oyununun 3-ü buraxmışdı.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı