Renat Dadaşov Portuqaliyada 2-ci oldu

Renat Dadaşov Portuqaliyada 2-ci oldu
ÖLKƏ FUTBOLU 2 Yanvar 2019 / 16:00 3997
-  A +

Portuqaliya Sequndasında çıxış edən klubların baş məşqçiləri mövsümün ilk yarısı üçün ən yaxşı gənc futbolçu seçimini ediblər.

Qol.az xəbər verir ki, “Eştoril”də çıxış edən U-21 millimizin üzvü Renat Dadaşov 2-ci olub. Gənc hücumçuya “Benfika”nın B komandasının baş məşqçisi Brunu Laqe və “Mafrı”nın çalışdırıcısı Filipe Martins səs verib.

Ən yaxşı gənc futbolçu isə 6 səs toplayan “Benfika”nın B komandasının üzvü Joau seçilib.

Qeyd edək ki, R. Dadaşov bu mövsüm Sequndada 12 oyuna 4 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner