"Avrokuboklarda çoxlu oyun keçirdik. Beynəlxalq matçlarımız daha çox olduğundan baş məşqçimiz çempionat oyunlarında rotasiyalar etdi. Ümid edirəm ki, çempionatın sonunda titul əldə edəcəyik. Birinci pillədəki "Neftçi" bizdən 3 xal öndədir. Orada iki xorvatiyalı - Qoran Paratski və Slavko Braliç də çıxış edir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib. Xorvatiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində əvvəlcə ötən ilin yayında "Qəbələ"dən "Qarabağ"a keçidindən danışıb: "Qəbələ"ni qoyub getdiyim üçün onlardan üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. Onlar zarafatca soruşurdular ki, nəyin çatmırdı. Amma indi mənim klubum "Qarabağ"dır".
Ozobiç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya millilərinin eyni qrupa düşmsəinə münasibət bildirib. O, Xorvatiyanı qrupun aşkar favoriti adlanıdırıb: "Azərbaycanlı oyunçuları tanıyıram. "Qarabağ" millinin onurğa sütunudur. Əksər futbolçuların beynəlxalq oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. Gənc hücumçu böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. "Qarabağ" onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq".
Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişi ilə bağlı sualı cavablandırarkən bunun səbəbini bilmədiyini qeyd edib: "Nəyin baş verdiyini bilmirəm. Qurbanov "Qarabağ"da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir".
Üç ilə yaxındır ölkəmizdə çıxış edən 28 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivindən də danışıb: "Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və millidə oynamağım üçün mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. "Qarabağ"la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, "Hayduk"da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, "Qarabağ" xoşuma gəlir".
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı